PDF Oxu

Siyasət

  • 3 836

İkitərəfli danışıqlar baş tutacaqmı? PARTİYA SƏDRİ ŞOK FAKTLAR AÇIQLADI

İkitərəfli danışıqlar baş tutacaqmı? PARTİYA SƏDRİ ŞOK FAKTLAR AÇIQLADI

“Son aylar Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə “sülh müqaviləsi” imzalamaq təklifi ilə dəfələrlə müraciət edib. Qarşı tərəfdən heç bir cavab alınmadığına görə dövlət başçımız bu günlərdə bəyan etdi ki, “görünür, ermənilər buna hazır deyil” və bir daha xatırlatdı ki, “bizim sülh təklifimiz uzun müddət stolun üzərində qalmayacaq”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanın “diplomatik təzyiq”indən çıxılmaz vəziyyətə düşən və Minsk qrupu həmsədrlərinin son bəyanatından yararlanmağa çalışan N.Paşinyan hökumətin iclasında bəyan etdi ki, o, Prezident İlham Əliyevlə ATƏT-in vasitəçiliyi ilə danışıqlara hazırdır.ANAP sədrinin fikirlərinə görə, məqsəd bir tərəfdən dünya birliyinə özünü sülhə can atan, iki qonşu dövlət arasında sülhün yaranması üçün real addımlar atmağa hazır olan dövlət adamı kimi təqdim etmək və müharibə ərəfəsində törətdiyi təxribat xarakterli hərəkətləri unutdurmaqdır: “Digər tərəfdən, Minsk qrupunun açıq ermənipərəst mövqe tutan iki həmsədr dövlətinin - ABŞ və Fransanın proseslərdə daha fəal iştirakına nail olmaq və bütövlükdə Minsk qrupunu fəallaşdırmaq. Nəyin bahasına olursa-olsun “Dağlıq Qarabağ”a status verməyə çalışan bu qrupun aktivliyinin artması Ermənistanın maraqlarına cavab verir. Bu fəallaşma həm də proseslərə Türkiyənin müdaxilə imkanını azaldar və Rusiyanın təkbaşına vasitəçiliyinə son qoyardı. Təbii ki, hadisələrin bu cür gedişi Rusiyanı qətiyyən qane edə bilməz. Ona görə də o, açıq şəkildə bu plana qarşı çıxmasa da, Minsk qrupunun təşəbbüsü ələ almasına imkan verməmək üçün əlindən gələni edəcək. Sərhəddə və Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə tez-tez atəşkəsin pozulması, zənnimcə, bu addımlardan biridir. Tərəflər 10 noyabr bəyanatının tələblərinin pozulmasında bir-birini günahlandırsalar da, atəşkəsi pozan tərəfin Rusiya olması ehtimalı daha yüksəkdir. Rusiyanın Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in vasitəçiliyi ilə danışıqlar aparmasında maraqlı olmaması ona gətirib çıxaracaq ki, atəşkəs bundan sonra da pozulmaqda davam edəcək. İkitərəfli danışıqlar isə ya baş tutmayacaq, ya da baş tutsa da heç bir real nəticə əldə olunmayacaq”.

sia.az

Digər xəbərlər