PDF Oxu

Siyasət

  • 4 631

“İstənilən halda müxalifət məğlubiyyətə düçar olacaq” - Müşfiq Ələsgərli

“İstənilən halda müxalifət məğlubiyyətə düçar olacaq” - Müşfiq Ələsgərli

“Jurnalistlik fəaliyyətdə olduğum dövrdən bu günə qədər müxalifət düşərgəsinin müxtəlif adlar altında koalisiyalar yaratdığının şahidi olmuşam. Misal olaraq “Demokratik Konqres”, “İctimai Palata”, “Milli Şura” və s. kimi qurumları göstərmək olar”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.Onun sözlərinə görə, bu kaolisiyaların indiyə qədər heç biri, “Milli Şura” daxil olmaqla heç bir nailiyyət qazanmayıblar. Bir sözlə, yaradılan bu qurumlar onlara nə isə bir uğur gətirməyib. Bunlar başa düşmürlər ki, adı dəyişməklə, mahiyyəti qorumaqla heç bir şeyə nail olmaq mümkün deyil. Yəni ad şərti bir şeydir, o adı nə qoyursansa qoy, nəticə etibarı ilə siyasət düzgün qurulmayıbsa, sonucda yenə də iflasa uğramağa məhkumdur: “Onlar “Milli Şura”nı 2013-cü illərdə yaradıblar. Bu “Milli Şura”nın yaranmasının üzərindən 9 il keçsə də, hamımız şahiddik ki, “Milli Şura”da digərləri kimi heç bir nailiyyət, uğur qazanmayıb. Yəqin ki, bundan sonra da dəyişməyəcək və heç bir nailiyyət qazanmayacaq. Çünki adları çəkilən şəxslər siyasətlərini düzgün qurmurlar. Sadəcə olaraq, öz şəxsi ambisiyaları ilə yaşayırlar və müəyyən kənar qüvvələrin təsiri altında fəaliyyət göstərirlər. Onlar cəmiyyəti çaşdırmaq, cəmiyyəti aldadıb yeni formatda üzə çıxmaq istəyirlər”.M.Ələsgərli bildirdi ki, onlar “Milli Şura”nı buraxıb, yeni ad altında yeni bir format yaradacaqlar: “Demək olar ki, bu illər ərzində təqribən sözügedən qüvvələr 25-ə yaxın belə təşkilatlar, bu cür koalisiyalar yaradılıb. Amma hansı ad altında yeni formatda nələr yaradırlarsa yaratsınlar, yenə də onlar iflasa məhkumdurlar. Çünki onlar öz fəaliyyətlərində ancaq özlərinin şəxsi ambisiyaları ilə məşğul olurlar. Ona görə də, istənilən halda müxalifət məğlubiyyətə düçar olacaq”.

sia.az

Digər xəbərlər