PDF Oxu

Siyasət

  • 3 010

Rusiya Ermənistana xəyanət etdi, yoxsa? - ŞƏRH

Rusiya Ermənistana xəyanət etdi, yoxsa? - ŞƏRH

44 günlük müharibədə düçar olduğu məğlubiyyət erməni cəmiyyətini xaosa sürükləyib. Nə rəsmi, nə də qeyri-rəsmi qurumlar və ona rəhbərlik edənlər nə dediklərinin, kimdən "günah keçisi" düzəltdiklərinin fərqində deyillər. Məğlubkən düşdükləri acınacaqlı durumdan çıxmaq, etdikləri səhvi bir daha təkrarlamamaq üçün ağıllı insanlardan məsləhət almaq əvəzinə yenə müharibədən dəm vururlar. Özlərindən başqa hər kəsi, hər dövləti günahkar bilirlər. Qaraladıqları da Rusiya, Rusiya, yenə də Rusiyadır...Amma bu qaralama səbəbsiz deyil. Tarixə kiçicik ekskursiya etmək gərəkdir ki, "hay"ların "dərdini", mərəzini üzə çıxarasan. Bu yalançı millətin, qondarma dövlətin hansı xidmətləri müqabilində ruslardan bu qədər imtiyaz aldıqları təzə xəbər deyil. Bütün zamanlarda Çar Rusiyasının ucqarlarında ermənilər həm əzilən, həm də sədaqətli millət rolunu çox ustalıqla oynaya biliblər. Ruslar isə bütün dönəmlərdə - istər çarlığı itirəndə, istər sovet hökumətini dağıdanda ermənilərə "ip ucu" veriblər, onların dövlət olmaları üçün can-başla çalışıblar. Əslində isə ermənilərdən özlərinə növbəti sipər düzəldiblər. Rusiya min illərlə onun-bunun qoltuğu altında yaşayan ermənilərə məhz I Pyotrun vəsiyyətinə uyğun olaraq nəhayət 1918-ci ilə Azərbaycan torpaqlarında dövlət yarada biliblər. Bolşeviklər də əcdadlarının vəsiyyətinə xilaf çıxmayaraq erməni torpaqlarını yenə Azərbaycan əraziləri hesabına genişləndiriblər. Bu əzizləmələr, bəslənmələr Sovet hökumətinin 70 illik mövcudluğunda davam edib. Yaylaq-qışlaq adı altında Azərbaycanın geniş əraziləri ermənilərə peşkəş verilib. Sovet Ermənistanında yaşayan azərbaycanlı ailələr müxtəlif adlar, bəhanələrlə öz dədə-baba torpaqlarından çıxarılıb və məhz mərkəzi hökumətin - Moskvanın əli ilə Azərbaycanın ilan mələyən çöllərinə, qeyri-münasib yerlərinə sürülüblər.1920-ci ildə proletariat diktaturası qurulanda İrəvan xanlığının sərhədləri şərçivəsində qurulan Ermənistan da "15 qardaş respublika" kimi SSRİ-nin tərkibinə qatıldı. Amma bolşeviklər qoyun otarmaqda mahir olan ermənilərə Zəngəzuru da peşkəş etməklə SSRİ xəritəsində həmişə gözümüzün yağır olduğu "Sovet Ermənistanı"nı tərtib etdilər. SSRİ dağıldı, bütün "qardaşlar" onlar üçün cızılmış sərhədləri əsas götürərək müstəqil dövlətə sahib oldular. Dünyanın iki qütbündən biri olan hegemon Sovet hökumətinin rəsmi olaraq dağılmasında katalizator rolunu oynayan ermənilər isə fərqli istəkdə bulundular. Onlar Dağlıq Qarabağ və ətrafındakı rayonları ələ keçirmək üçün çoxdan hazırlanmış planın nöqtəsini qoydular - Qarabağı tamamən işğal etdilər. Amma hadisələrin sonunu proqnozlaşdıra bilmədilər. Zamanın o zaman olmadığını unutdular.Bu gün Azərbaycan Ermənistanın şıltaqlığına, maneə törətməsinə, müxtəlif növ təxribatlarına baxmayaraq sərhədlərini müəyyənləşdirir. Qalib tərəf olmasına baxmayaraq demarkasiya və demilitasiya proseslərini beynəlxalq qaydalara uyğun, sərhədlərin toxunulmazlığı prinsiplərini əldə asas götürərək həyata keçirir. Amma Ermənistan tərəfi hansısa mifik, utopik xəritəyə istinad edərək bu prosesi ləngidir, mane olmağa çalışır.Rusiya tərəfi də rəsmi qurumlarının dili ilə Bakı və İrəvanı güc tətbiqindən çəkinməyə, gərginliyi azaltmaq üçün yalnız siyasi və diplomatik vasitələrdən istifadə etməyə çağırıb. Son dəfə bu fikirləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.Zaxarovanın "Azərbaycan Prezidentinin dilindən dəfələrlə eşitmişik ki, ölkəsinin qoşunları Ermənistan ərazisindəki heç bir mövqeni ələ keçirməyib", deməsi erməniləri yenidən Rusiyaya qarşı qaldırıb. Onlar strateji müttəfiq hesab etdikləri Rusiyanın da təmsil olunduğu KTMT, MDB, İİ və EAEU kimi təşkilatların bu məsələyə dərhal müdaxilə etməsini və hətta Azərbaycanı cəzalandırmağı bütün üzv ölkələrdən, Rusiyadan isə I Pyotrun vəsiyyətinə əməl etməyi tələb edirlər: "Dünyanın ən böyük hökmdarlarından biri Böyük Pyotrdan bəhs edirik, erməniləri qorumağı və onlara hər cür kömək etməyi vəsiyyət etmişdi. Bəs nə oldu? Rusiya bizi nə vaxt müdafiə edəcək?".Ermənilər KTMT-ni də susqunluqda qınayırlar: "Bu təşkilat yararsız olduğu çoxdan sübut edib. Qarabağda baş verən hadisələrdə bitərəf olması bizim KTMT sıralarında qalmağımızın mənasız olduğunu sübut edir".Bu misalları çəkməyimizdə bir məqsəd var. Ermənistan və bu ərazilərdə yaşayan ermənilər xarici ölkələrdə oturub milyonlar qazanan, "toxun acdan nə xəbəri?" prinsipi ilə yaşayan erməni lobbisinin əlində oyuncağa çevriliblər. Sadə ermənilər qonşu xalqlarla sülh şəraitində yaşamağa cəhd etsələr də xaricdən gələn emissarların bölgəyə səfərləri ilə yenidən sıfırıncı nöqtəyə qayıdırlar. Əslində, Paşinyan hakimiyyətə gələndən sonra irəli sürdüyü bəzi tezislərdə sələflərindən fərqli siyasət yürüdəcəyi proqnozunu versə də, yenə lobbi öz işini gördü. Gərginlik hələ də davam edir, amma Ermənistanın xeyrinə yox.Azərbaycan isə Zəngəzur dəhlizini açmaqda israrlıdır və açacaq...

sia.az

Digər xəbərlər