PDF Oxu

Siyasət

  • 3 088

“Ermənistan üçtərəfli bəyanatda həllini tapmalı olan məsələləri yerinə yetirməlidir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan üçtərəfli bəyanatda həllini tapmalı olan məsələləri yerinə yetirməlidir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan-Ermənistan dövlət sərhədində və rus sülhməramlılarının nəzarətində olan Qarabağın dağlıq hissəsində ermənilərin Azərbaycan ordusuna atəş açması bu təkcə Ermənistan dövlətinin deyil, bəzi qüvvələrində Azərbaycana hərbi sahədə təzyiq edərək siyasi dividentlər əldə etmək istəyi ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.Onun sözlərinə görə, Paşinyanın “danışıqlara hazırıq” deməsi o demək ki, Ermənistan sülh istəyir: “Paşinyan danışıqlara hazırıq deməklə Qarabağın statusu məsələsini istəyir və eyni zamanda, öz marağına uyğun olaraq məsələnin qabardılmasına çalışır. Lakin Ermənistan tərəfi bilməlidir ki, danışıqlar başlanmamışdan əvvəl ilk növbədə o üç tərəfli bəyanatda həllini tapmalı olan məsələləri yerinə yetirməlidir. Daha sonra isə Azərbaycan və Ermənistan arasında digər müzakirələr ola bilər. Amma Bakı və İrəvan arasında Qarabağın dağlıq hissəsi ilə bağlı heç bir danışıq olmayacaqdır. Əslində, Paşinyan çox gözəl bilir ki, artıq bu mövzu Azərbaycan və Ermənistan arasında müzakirə predmeti olmayacaq. Ümumiyyətlə, Qarabağın dağlıq hissəsi hansı ki, rus sülhməramlılarının nəzarətindədir. Bu gün orada baş verənlər Ermənistandan daha çox Rusiyadan asılıdır. Bunu da biz tamamilə açıq və səmimi şəkildə qeyd etməliyik. Hər halda üçtərəfli bəyanatın yerinə yetirməsini istəməyən qüvvələr Azərbaycanın qarşısında getdikcə çoxalmaqdadır. Bəzi ölkələrin səfirlərinin Ermənistandakı son bəyanatları da onu deməyə əsas verir ki, Minsk Qrupu yekdilliklə ermənipərəst mövqe sərgiləyir. Bu baxımdan, yaxın vaxtlarda bir sıra təxribatların da şahidi ola bilərik”.

sia.az

Digər xəbərlər