PDF Oxu

Siyasət

  • 3 145

“Ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirmələri gözləniləndir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirmələri gözləniləndir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Qarabağda yaşayan bir qrup erməninin Şuşadakı Azərbaycan ordusunun komandanlığına müraciət edərək onlardan iş istəməsi və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirmələri gözləniləndir”. Bunu SİA-ya açıqlamasında politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.Onun sözlərinə görə, Xankəndidə yaşayan ermənilər çətin durumdadırlar: “Orda iş yoxdur, şərait də bərbad vəziyyətdədir. Ona görə də, orada yaşayan ermənilər kömək üçün Azərbaycanın ordu komandanlığına müraciət ediblər. Ermənilər çox yaxşı başa düşürlər ki, Azərbaycan öz torpağına gəlir və sahib çıxır. Yəni onlar çox yaxşı başa düşürlər ki, hər şey Azərbaycan hakimiyyətindən asılıdır və Azərbaycan hakimiyyətini tanımalıdırlar. Sadəcə olaraq, Azərbaycan dövləti bu məsələlərdə diqqətlə yanaşmalıdır. Çünki biz ermənilərə çox güzəştə getmişik. Artıq güzəştdən söhbət gedə bilməz. Ümumiyyətlə, ermənilər toplum şəkildə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə hər biri məsuliyyət daşıyırlar. Ona görə də, Xankəndidə yaşayan ermənilərin bu müraciətlərinə diqqətlə yanaşmalıdırlar. Onlara inanmaq və etibar etmək olmaz. Cinayət törətmiş hər bir erməni cəzasını almalıdır”.

sia.az

Digər xəbərlər