PDF Oxu

Siyasət

  • 3 043

Prezidenti BMT-nin rezidentinə hansı danılmaz faktları göstərdi? ANALİTİK+AKTUAL

Prezidenti BMT-nin rezidentinə hansı danılmaz faktları göstərdi? ANALİTİK+AKTUAL

İlham Əliyev: “Biz ədalətli, beynəlxalq hüququn normalarını bərpa etdik, BMT TŞ-nın qətnamələrini özümüz yerinə yetirdik”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib. Məhz bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikir və bəyanatlar xüsusilə diqqət çəkir və əsasən, uzun illər Ermənistanın işğalçılıq siyasətinə göz yuman bəzi ölkə və təşkilatların biganəliyinə toxunulur.

Daha dəqiq desək, 30 ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycanın 44 günlük haqq mübarizəsində kapitulyasiyaya uğradıqdan sonra yenidən özünü beynəlxalq aləmə “məzlumkeş”, “əzabkeş” kimi gösatərməyə cəhd edir, amma bununla yanaşı, Azərbaycana qarşı işğalçılıq mövqeyindən əl çəkməyəcəyini nümayiş etdirir.

ATƏT-in Minsk qrupuma BMT-nin TŞ-dakı beş ölkənin təmsil olunmasına baxmayaraq onlar tələb olunan qətnamələrin icrası üçün heç nə etmədilər

Söz yox ki, belə davam edə bilməz və görüş əsnasında dövlət başçımız bu məqamlara toxunmaqla bildirib ki, əgər mövcud hal davam edirsə demək həmin məsələlərə göz yuman beynəlxalq qurumlar da məsuliyyət daşımaqdadırlar. Onlar işğağ zamanlarında da eyni vəziyyəti davam etdirirdilər.

Lakin Azərbaycanın ərazi bütövlüyü təmin olunub və növbəti proseslərdə Ermənistan və onun havaradrları da bu reallığı dərk etməyə məhkumdur.

O da əbəs deyil ki, Prezident İlham Əliyev işğal dönəmində BMT-nin dörd qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilmədiyini xatırladıb. Belə olan halda isə, bu gün məğlub Ermənistanın hay-küy salaraq yenidən beynəlxalq aləmə ağız açması, müəyyən dairələr qarşısında diz çökərək yalvarması bu ölkənin siyasi rəhbərliyinin acizliyinin göstəricisidir.

Təəssüf ki, Azərbaycanın ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı

Yeri gəlmişkən, Prezidentimiz BMT-nin yeni rezidenti ilə görüşü zamanı ATƏT-in Minsk qrupunun da fəaliyyətsizliyinə toxunub və bu o deməkdir ki, Azərbaycan ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda işğala uğraması məsələsini qaldırsa da, təəssüf ki, Azərbaycanın ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı, o cümlədən, ATƏT-in Minsk qrupuma BMT-nin TŞ-dakı beş ölkənin təmsil olunmasına baxmayaraq onlar tələb olunan qətnamələrin icrası üçün heç nə etmədilər. Yəni onlar zamanında Ermənistana qarşı sanksiyaların həyata keçirilməsini tələb etsəydilər, yaxud digər müvafiq addımları atsaydılar hər şey sülh yolu ilə başa çatardı. Bu baxımdan, bu gün yenidən gündəmə gəlmək istəyən MQ artıq ona aid olmayan (!) məsələlərə qarşışa bilməz.

İşğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəyçiş ziyanla tanış olmaq üçün UNESKO-nu bölgəyə dəvət etsə də, UNESKO bundan imtina edib

Qətnamələr icra olunmurdusa, Azərbaycan öz onların icrasını təmin etməli idi və etdi də. Prezident İlham Əliyev vurğulayıb: “Biz ədalətli, beynəlxalq hüququn normalarını bərpa etdik, BMT TŞ-nın qətnamələrini özümüz yerinə yetirdik”.

Bu əsnada işğala məruz qaldığı uzunmüddətli dövr ərzində Qarabağ torpaqlarımız talana, kütləvi dağııntılara, vəhşiliklərə, təbiəti və tarixi abidələri isə aşkar terrora məruz qaldı. Həmçinin, bu torpaqlarda mədən və yataqlarımız da işğalçı qüvvələr tərəfindən istismara nəruz qaldı, habelə xarici şirkətlər torpaqlarımızda qanunsuz işlər apardılar. Bu isə yolverilməz və təbii ki, beynəlxalq hüququn da tapdanması demək idi. Ona görə də dövlətimizin başçısı BMT-nin yeni təyin olunmuş rezidenti ilə söhbəti əsnasında bu faktorlara toxunaraq mühüm məqamları çatdırıb.

Artıq bu məsələlərlə bağlı məşğul olacaq bir beynəlxalq qurum var – UNESKO. Lakin işğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəyçiş ziyanla tanış olmaq üçün UNESKO-nu bölgəyə dəvət etsə də, UNESKO bundan imtina edib. Müharibə bitəndən sonar isə əksinə, bölgəyə gəlmək istədiyini bildirir. Bu zmaan belə nəticə hasil etmək olar ki, ortada yenə də ikili standartlar var. Ancaq hər şeyə rəğmən, Azərbaycan beynəlxalq hüquqlara hörmətlə yanaşan, tələb edilən qaydalara əməl edən, sülhpərvər və inkişaf tərəfdarıdır və ümid etmək istərdik ki, uzun illər ikili standartlardan çıxış edən UNESKO da daxil müvafiq qurumlar ölkəmizin mövqeyini dərk edəcəklər.

Yekun sözü Azərbaycan deyir!

Dövlətimizin başçısı görüş zamanı vurğulayıb ki, indi artıq müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir.

Göründüyü kimi, artıq yekun sözü Azərbaycan deyir və bu gün uzunmüddətli və ikistandartlı yuxulardan ayılmağa başlayan məlum beynəlxalq qurum və təşkilatlar həqiqətləri dərk və qəbul etmək məcburiyyətindədirlər. Başqa yolları da yoxdur.

Rövşən RƏSULOV

Digər xəbərlər