PDF Oxu

Siyasət

  • 3 428

Müxalifət bu məsələdə niyə susur? PARTİYA SƏDRİNDƏN MARAQLI AÇIQLAMA

Müxalifət bu məsələdə niyə susur? PARTİYA SƏDRİNDƏN MARAQLI AÇIQLAMA

“AXCP, Müsavat partiyalarının, “Milli Şura” kimi təşkilatların rəhbərlərinin Jirinovskinin Azərbaycanla bağlı təhqirlərinə, tənqidlərinə münasibət bildirməmələri sözügedən qüvvələrin ürəyində olmasından xəbər verir. Hesab edirlər ki, bu, onların mübarizəsinə əlavə ruh və enerji verir. Bu baxımdan da, buna getmirlər və susurlar”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, müxalifətin iqtidara qarşı mübarizə aparması başadüşüləndir, ancaq bir şeyi unudurlar ki, iqtidara qarşı müxalifətdə olmaq olar, amma ölkəyə və milli mənafeyə qarşı müxalifətdə olmaq düzgün deyil: “Bir sözlə, kimliyindən, mövqeyindən asılı olmayaraq milli mənafedən çıxış edən hər bir siyasətçi dövlət və millət haqqında edilən tənqidlərə və təhqirlərə anında cavab verməlidir. Əgər bunu etmirsə, deməli, onların ürəyincədir. Ümumiyyətlə, bu məsələdə sözügedən qüvvələrin susqunluq nümayiş etməsi düzgün hal deyil. Müxalifəti maraqlandıran ancaq özlərinin şəxsi ambisiyalarıdır. Düzdür, Jirinovski Azərbaycanla bağlı xoşagəlməz fikirləri səsləndirib, o, heyvərənin biridir, elə rusiyalıların özləri də ona Rusiyanın üz qarası deyirlər”.

sia.az

Digər xəbərlər