PDF Oxu

Siyasət

  • 3 194

"Ermənistan Azərbaycanla münasibətlərin normal olmasının o qədər də tərəfdarı deyil” - POLİTOLOQ AÇIQLADI

"Ermənistan Azərbaycanla münasibətlərin normal olmasının o qədər də tərəfdarı deyil” - POLİTOLOQ AÇIQLADI

“Ermənistanın baş naziri Nikol Paşinyanın 8 sentyabrda Gürcüstan prezidenti ilə görüşünün baş tutmasının bir neçə səbəbi ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, birincisi Gürcüstan da Azərbaycan və Ermənistan kimi Cənubi Qafqazın 3 dövlətindən biridir: “İkincisi Gürcüstan Rusiya və Ermənistan arasında keçid qapı rolunu oynayır. Üçüncüsü Gürcüstan ümumiyyətlə qərb ölkələri ilə inteqrasiya prosesində daha irəliyə getmiş ölkədir. Dördüncüsü isə Gürcüstan və Ermənistan arasında da qonşu dövlət olaraq iqtisadi-siyasi əlaqələr mövcuddur. Biz bu 4 məsələni dəyərləndirsək, Paşinyan üçün Gürcüstanla münasibətlərin normallaşdırılmasının nə dərəcədə vacib olduğunu görə bilərik. Bildiyimiz kimi, indiki Qarabağ ərazisində münaqişənin hələ tam şəkildə bitməməsi, hər gün mütəmadi olaraq atəşkəs rejiminin pozulması, dəfələrlə cənab Prezidentin Ermənistana sülhlə bağlı, ortaq dialoqa gəlinməsi, münasibətlərin normallaşdırılması ilə bağlı çağırış etməsinə baxmayaraq, hələ ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normal olmasının o qədər də tərəfdarı deyil”.Samir Hümbətov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Türkiyə ilə Ermənistan əlaqələri yox səviyyəsindədir: “İranla olan əlaqələr isə artıq çətin bir vəziyyətdədir. Paşinyanla Gürcüstan Prezidentinin görüşünün məqsədi Gürcüstanla iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi, Gürcüstan üzərindən Rusiyaya tranzit yolunun bərpası məsələlərinin müzakirə etməkdir. Eyni zamanda, Gürcüstan qərbə inteqrasiya prosesini necə edibsə, Paşinyan da həmin yolla qərbə inteqrasiya etmək istəyir. Görünən odur ki, qarşıda duran bu kimi problemlərin həlli həm Paşinyanın özü üçün, həm də Ermənistan üçün olduqca vacib məsələlərdir”.

sia.az

Digər xəbərlər