«Dövlət başçımızın avqustun 25-də «Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında» imzaladığı Sərəncam müharibə qəhrəmanlarının mənzil təminatı üçün daha geniş mənbələr yaratmış olacaq. Çünki Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır». Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.“Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizin, müharibə veteranlarımızın, şəhid ailələlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılması dövlətimizin xüsusi diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müharibə əlillərinin və veteranların sosial vəziyyəti və maddi şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl mühüm addımlar atılır. Ötən gün dövlət başçısı tərəfindən təsdiq edilən Əmək və Vergi Məcəllələrinə dəyişikliklərə əsasən, Vətən müharibəsi qəhrəmanlarının gəlir vergisindən azad olunması bu istiqamətdə yürüdülən siyasətin növbəti uğurlarından biridir. Cənab Prezidentin “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarında dəyişiklik etməsi isə Vətən müharibəsi iştirakçılarının ailələrinə daha bir sosial qayğının təntənəsi hesab edilə bilər»,- deyən Məşhur Məmmədov onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə mühüm imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmalar tətbiq etməkdədir. Bütün bunlar bir daha dövlətimizin sosial təntənəsini nümayiş etdirir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir: «Prezident İlham Əliyevin iyulun 14-də Bakının Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçısı şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət böyük yaşayış kompleksinin təqdimat mərasimində çıxışı zamanı da bildirmişdir ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir.2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib».Millət vəkili Məşhur Məmmədov vurğulayıb ki, son 18 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev hər görüşdə sözünü qətiyyətlə deyir: «İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır»,-deyən dövlət başçımızın dediyi kimi: «Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var».«Bəli, budur əsl siyasət, budur hər bir vətəndaşın Prezidenti olmaq!»,-deyən millət vəkili vurğulayıb ki, Qarabağ Azərbaycandır! – 30 illik torpaq həsrətinə son qoydu»,- deyən millət vəkili onu da vurğulayıb ki, 30 il idi deyirdik ki, gün gələcək, torpaqlarımıza, doğma ata-baba torpaqlarımıza – Qarabağ Azərbaycandır! qayıdacağıq. Qayıtdıq, Ulu Öndərimiz! Qalib Liderimiz, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev cənabları qaytardı – Qarabağ Azərbaycandır! Gün o gün olmadı, gün bu gün oldu! Xalqımızın ən böyük ağrısı, sağalmaz yarasına Xilaskar Sərkərdəmiz İlham Əliyev məlham qoydu! Və bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək. Və bu gün dövlət başçımızın imzaladığı yeni Sərəncam müharibə qəhrəmanlarının mənzil təminatı üçün daha geniş mənbələr yaratmış olacaq.Bir sözlə, bütün bu qərarlar bir daha Azərbaycan hökumətinin ordumuza, hərbçilərimizə davamlı olaraq öz sosial qayğısını artırmaq niyyətini göstərir”.
sia.az