Yəqin, bir çoxları məlumatsızdır ki, 2021-ci ilin yanvarında Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Lazurit dəhlizi ilə bağlı yol xəritəsi təsdiq olunub. Belə ki, dəmir yolları və avtostradalar Əfqanıstan Heratını Aşqabadla birləşdirir və bu marşrut Xəzərin Türkmənbaşı limanına doğru hərəkət edir, ardınca isə dəniz yolu ilə Bakıya tərəf istiqamət alır.SİA xəbər verir ki, Lazurit dəhlizinin əsas marşrutu Əfqanıstan-Türkmənistan-Azərbaycan - Gürcüstan-Türkiyədir. Bu dəhliz Çindən Avrasiya bazarına çatdırılacaq məhsulların ən tez üsulu, vasitəsi hesab edilə bilər. Belə ki, məhsul Londona qədər maksimum 12 günə çatdırılacaq. Beləliklə, Lazurit dəhlizində yükdaşıma prosesi dəmir yolu, dəniz yolu, avtomobil yolu və hava yolu ilə həyata keçiriləcək.Bu konsepsiyanın mühüm hissəsi həm də ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılarsa, bu zaman marşrut Ermənistan ərazisindən də keçə bilər. Perspektivdə Türkiyə ilə Azərbaycan arasında kommunikasiyaların birbaşa əlaqəsi də dayanır. Nəticədə, Lazurit və Zəngəzur dəhlizləri “Şimal-Cənub” və “Yeni ipək yolu” beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya etmək imkanını da qazanır.
sia.az