PDF Oxu

Siyasət

  • 4 133

Əli Kərimli şeytandan qabaq...

Əli Kərimli şeytandan qabaq...

Yaxud da əxlaqsız "liderin" mənəviyyatsızlığı bütün həyatı böyu

Bu günlərdə jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə AXCP sədri Əli Kərimli ilə bağlı yazısını oxuyarkən dedikləri ilə tam şərik olduğumu bildirdim. E.Fəttullayev yazır ki, "siyasətçi ikiüzlü tərzdə yalan danışa bilərmi?! Yalan danışmalı, ya danışmamalı - budur bütün məsələ. Dünyamız qədər əbədi olan bu dilemma mənəviyyatçılarla makiavelliçiləri az qala keçilməz barrikadalar kimi ayırıb. Lakin biz hamımız, demək olar ki, siyasətdə makiavelliçilərin çoxluğu ilə barışmışıq, teatr səhnəsindəki bütün aktyorları ya şir, ya da tülkü kimi qəbul edirik. Azərbaycanın siyasi səhnəsində məğrur və əyilməz şirlərdən daha çox kürən və hiyləgər tülkülər var-gəl edir. Makiavelliyə görə, nağıllarda və elə təbiətdə olduğu kimi, tülkü siyasətçi kişiliyi və şərəfi deyil, qəddar yalanı simvolizə edir".Bəli, bu gün satqın Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Gültəkin Hacıbəyli və bu kimi ikiüzlü kürən, hiyləgər, şərəfsiz, əxlaqsız, mənəviyyatsız makiavelliçiləri var. Və özlərini "lider" sayan bu satqınlar, hətta "görkəmli, tarixi şəxsiyyətlərə" bənzədirlər. Ən çox da üz-gözündə əxlaqsızlıq cizgiləri aydın şəkildə görünən mənəviyyatsız Əli Kərimli bu iddia ilə çıxış edir. Bəli, Kərimli özünün layiq olmadığı uğurlarına və siyasi həyatına görə borclu olduğu "liderinin" üstündən qalın xətt çəkib. Elçibəy "Azadlıq" qəzetinin adi xüsusi müxbirindən Azərbaycanın dövlət katibini, sonradan isə öz müavinini hördü. Eks-prezidentin Kələkiyə sürgünü dövründə isə Kərimli nəinki rəhbəri "dəfn edib" partiyanın sükanını ələ keçirdi, həm də onu uğurla hakimiyyətə satdı. Kərimlinin özü bu barədə "Azadlıq" radiosuna danışarkən bildirmişdi ki, bütün həyatım boyunca mən hakimiyyətdən heç kimlə əməkdaşlıq etməmişəm, spekulyasiya ilə məşğul olmamışam. Növbəti zəhərli ilanın yalanı baş verənləri təhrif etməsidir: "Mən Taleh Kərimlini heç yaxından tanımırdım, (Nardaran hadisələrinin təşkilatçısı olan ekstremist şiə lider - R.H.) Nardarandakı hadisələri isə hakimiyyət özü təşkil etmişdi. Bizi isə onlarla əlaqələndirdilər". «Uzaq sahillərdə» filmində olduğu kimi: şeytandır, iblisdir, hər nədir... axır ki, Əli Kərimli zəhərli ilandır. Bax, buna ancaq heyrət etmək olar! Bu cür ağ yalanı necə danışmaq olar?! Əli Kərimli kimi əxlaqsız məxluqlar danışa bilər. Bəyəm Əli Kərimli və AXCP Taleh Bağırzadənin başçılıq etdiyi ekstremistlərin müdafiəsinə qalxmamışdı?! Bəyəm sosial şəbəkələrdə dünyəvi siyasətçi üçün qəribə görünən dini şüarlarla çıxış edən Kərimlinin müavini Fuad Qəhrəmanlı deyildi?! Bəyəm Kərimli özü mitinqlərdə Hacı Talehi və Nardaran hadisələrinin bütün iştirakçılarını azad etməyə çağırmırdı?! Nardarandakı barrikadaları müqavimət hərəkatının Kəbəsi və hər bir narazının Məkkəsi elan edən, radikal şiə qardaşlığı ilə israrla ittifaq quran Kərimli özü deyildi?! İndi isə həyasızcasına teokratik Nardaran hərəkatının fəalları ilə heç tanış da olmadığını deyir. Həyasızlığın o biri üzü... fah...Bu yerdə Marksizmin klassikinin siyasətlə bağlı fikrini xatırlatmaq istərdim: "Siyasətdə məlum hədəf naminə hətta şeytanın özü ilə də ittifaq bağlamaq olar-amma əmin olmaq lazımdır ki, sən şeytanı aldada biləcəksən, şeytan səni yox".Bax, AXCP "lideri" Əli Kərimli elə şeytanın özüdür və 30 il boyu bu şeytan ancaq özünü aldatmağa çalışıb. Özündən başqa o öz yalanlarına heç kimi inandıra bilməyib. Nə hakimiyyəti, nə müxalifəti, nə xalqı...
Əli Kərimlinin "Mat Tereza"sı- Sevinc Osmanqızı...
Bax, bunu tanımasına şübhə də etmirəm. Çünki Əli Kərimlinin primadonnaları olduğu kimi, "Mat Tereza"ları da çox olub. Xədicəsi, sonra Gültəkini və... daha kimlər, onun ardınca isə gəldi Sevinc Osmanqızı "Mat Tereza"sı hesab olundu. Və S.Osmanqızı özünü "Mat Tereza" kimi təsdiqləmək üçün, başladı Əli Kərimli sayağı satqınlıq etməyə, daha doğrusu satılmağa. Satılmağın da bir məqsədi qrantlar, evlər, villalar əldə etmək. Azərbaycanın üzləşdiyi ən ciddi problemlərindən də elə biri belə mənəviyyatsız, əxlaqsız müxalifətdir. Nə qədər paradoksal olsa da, onlar bilmir ki, ölkə hakimiyyəti normal, adekvat, ciddi və hadisələrə dərhal normal reaksiya verən müxalifətdə maraqlıdır. Belə müxalifət hakimiyyəti sərt tənqid etməli, iqtidar mənsublarını diskussiyalara və debatlara çağırmalı, problemlərin həll yollarını təklif etməli, hakimiyyət təklifləri qəbul etməyəndə isə xalqı etiraz aksiyalarına səsləyərək iqtidara təzyiq göstərməlidir. Parlament də, hökumət də, hakimiyyət də, zaman da dəyişib, artıq Azərbaycan bütün sahələrdə qalib ölkə kimi diktə edən ölkəyə çevrilib, amma Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı... kimi satqın viruslar dəyişməyib. Amma... sevinclər, xədicələr, gültəkinlər, leylalar və kimlər, kimlər... çirkaba bulaşmışlar anlamalıdırlar ki, Azərbaycan dövləti nə daxildən və xaricdən qaynaqlanan çoxsaylı çağırışlarla qarşılaşsa da, bir dəfə də geri çəkilməyib. Bu satqın parazitlər anlamalıdırlar ki, xaricdən maliyyələşdiklərini, Azərbaycandan kənarda olanların göstəriş və əmrləri ilə davrandıqlarını var qüvvələri ilə təkzib etsələr də, yalan cidasını "YouTube" ilə "Facebook"-dakı ikiüzlü çıxışların çuvalında gizlətmək mümkün deyil. Və bunu AXCP sədri Əli Kərimli çox gec olsa da, anlamalı, ya da anlamağa çalışmalıdır.Və bu gün ona görə sizin kimi satqınlara cavab vermək istədim ki, iyrənc hərəkətlərinizə BƏSDİRİN, YETƏR! demək üçün. Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilisdilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İsgəndərlinin tərbiyəsizlik və...və,.. başqaları da var, hamısı da zibilliklərdə. Onları hər yerdə işlədirlər, idarə olunurlar.Və bir daha təkrarlamaq istəyirəm: Ölkənin taleyi xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxılmayıb, buraxılmayacaq da. Bunu Əli Kərimli kimi parazitlər anlamağa məcburdular.

sia.az

Digər xəbərlər