PDF Oxu

Siyasət

  • 2 781

Milyonların qəlbinə işıq saçan mərhəmət və xeyirxahlıq nümunəsi - Mehriban xanım Əliyeva

Milyonların qəlbinə işıq saçan mərhəmət və xeyirxahlıq nümunəsi - Mehriban xanım Əliyeva

Tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir. Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir.Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib. Artıq 17 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir və bu 17 il ərzində Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Həmçinin, Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur.Bu gün dünyamızda çətin dönəm yaşanır. Koronavirus pandemiyası hələ bəşəriyyəti təhdid edir. Şükürlər olsun ki, Azərbaycanda aparılan qabaqlayıcı tədbirlər fonunda bu gün müsbət dinamikanın şahidi oluruq. Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı.Həmçinin, bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağı olan Mehriban xanım Əliyeva bütün fəaliyyətini hər zaman təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımızın mədəni irsinin qorunmasında və təbliğində xüsusi rol oynayır. Onun təşəbbüsləri Vətən müharibəsində qazandığımız tarixi qələbənin nəticələrinin möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bu baxımdan, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsini xüsusi vurğulamaq lazımdır. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımı dövlət qayğısı ilə əhatə olunublar.Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.Şübhəsiz ki, Birinci xanım kimi böyük uğurlara imza atan Mehriban xanım Əliyeva bundan sonra da respublikamızın inkişafına öz dəyərli töhfələrini verəcək.

SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər