PDF Oxu

Siyasət

  • 2 430

“Bölgədə “böyük oyun” başlayır” POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

image

“Laçın dəhlizinin Azərbaycanın tam şəkildə nəzarətinə keçəcəyi ilə bağlı yayılan məlumatlar Moskva razılaşmalarının şərtləri ilə bir araya sığmır. Razılaşmaların şərtlərinə görə, Laçın dəhlizi bir növ humanitar dəhliz rolunu oynayır və Qarabağdakı erməni icmasının Ermənistanla sosial, mədəni, humanitar münasibətlərinin saxlanması məqsədilə bölgəyə münaqişə tərəflərinin razılığı ilə daxil olmuş Rusiya sülhməramlılarının nəzarəti altındadır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Politoloq deyir ki, razılaşmanın şərtlərinə görə isə sülhməramlıların bu missiyanı 5 il müddətində həyata keçirməlidirlər: “Əlbəttə, biz sputniklər vasitəsilə dəhlizdəki prosesləri izləyirik. Heç kəsə sirr deyil ki, erməni tərəfi sülhməramlıların bu məsələdə loyallığı nəticəsində dəhlizdən bütün hallarda təyinatı üzrə istifadə etmir. Dəhliz vasitəsilə Xankəndindəki separatçı rejim əvvəllər olduğu kimi yenə də silahlandırılır, ciddi maliyyə dəstəyi alır. Bütün bu baş verənlərə diplomatik kanallarla etirazımızı bildirməyə borcluyuq, lakin bu etirazlar, hələlik, Rusiya tərəfinin bəzi hallarda qanundankənar hərəkətlərinin qarşısının alınmasında yeganə və səmərəli addım kimi qəbul olunmamalıdır. Məsələnin kökündə bölgə ilə bağlı "böyük oyunun" geopolitik mahiyyəti durur, ABŞ-ın Ermənistandakı səfirinin "Dağlıq Qarabağ münaqişəsi hələ də bitməyib, həllini tapmayıb" deməsi tərəflərin ciddi cəhdlə "böyük oyunun" növbəti mərhələsinə hazırlaşmalarından xəbər verir”.Elşən Manafovun sözlərinə görə, burada əsas məqsəd ATƏT-in Minsk qrupu vasitəsilə danışıqları bərpa etmək, Ermənistanı mövcud durumdan çıxartmaqdır: “Rusiya ilə israrla və yorulmadan işləməli, ölkədə antirus ovqatının güclənməsinə səbəb ola biləcək addımların atılmasından mümkün qədər uzaq olmalıyıq. Bölgədəki “böyük oyun”da Britaniya kəşfiyyatının ssenarisinin ştrixlərini vaxtında müəyyən etmək olduqca vacibdir. Bölgədə Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi yeni geosiyasi reallıqların yaranmasına səbəb olub, bu reallıqlara regional və qlobal güc mərkəzlərinin münasibətləri eyni deyil. Məhz bu amil strateji mahiyyətli manevrlər etməklə bizlərə qarşı olan təhdid və təzyiqlərin qarşısında duruş gətirməyə imkan verəcək, çünki siyasət mümkün olanı həyata keçirmək bacarığıdır”.

sia.az

Digər xəbərlər