Müzəffər Ali Baş Komandan: “Bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”
Qarabağda 44 gün davam etmiş Vətən müharibəsində əldə edilən şanlı zəfərdən sonra Azərbaycan dövləti bu savaşda iştirak etmiş müüharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə öz qayğısını və dəstəyini əsirgəmir. Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə göstərişləri və tapşırıqları əsasında onlar mənzillərlə, avtomobillərlə təmin olunur, habelə sosial şəraitlərinin təminatı istiqamətində davamlı, arcıdıl işlər həyata keçirilir, digər layihələr reallaşdırılır. Bu faktor isə həm də onu göstərir ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində iştirak etmiş qazilərimizə, eləcə də həyatlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizin ailələrinə bundan sonra da dövlət qayğısı göstəriləcək.Bugünlərdə Abşeronda istifadəyə verilən kompeks binaların mənzil açarlarının, eləcə də avtomobillərin təqdimatı mərasimində Prezident İlham Əliyev bir sıra istiqamətlərə toxunaraq qeyd edib ki, böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur.
“Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük”
Dövlət başçımız qazanılan qələbənin tarixi zəfər olduğunu vurğulamaqla onu da bildirib ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda da nəhəng işlər vüsət alıb, Qarabağ və Şərqi Zəngəzur istiqamətində sürətli bərpa, inşaat işlərinə start verilib.“Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq”, deyə cənab Prezident vurğulayıb.
“Bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı”
İlham Əliyev öz praqmatik və qətiyyətli fəaliyyəti ilə hər zaman verdiyi vədlərini yerinə yetirən və qarşıya qoyulan məqsədləri gerçəkləşdirən lider olaraq adını qızıl hərflərlə Azərbaycanın tarixinə yazıb. Bu baxımdan, görüş əsnasında o xatırladıb ki, Qarabağdakı parlaq qələbə də bunun bariz sübutudur. SİTAT: “Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.O da əbəs deyil ki, cənab Prezident əldə edilən zəfərin təmənlində güclü Azərbaycan Ordusunun, şücaətkar, fədakar, igid, mərd əsgər və zabitlərinin olduğunu hər zaman xüsusilə vurğulayır və Vətən, ərazi bütövlüyü uğrunda qorxmadan, çəkinmədən, hər bir təhlükəni gözə alaraq ölümə getdiklərini bildirir.
“Hər bir şəhidin həyatı təkrarolunmazdır”
“Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”, - deyə dövlətimizin başçısımız əlavə edib.Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycan dövləti və xalqı inamla irəliyə doğru addımlayır və qarşısına çıxan istənilən səddi aşmaq, qalib gəlmək gücündə və zəmindədir. Belə ki, Azərbaycan xalqının lideri cənab İlham Əliyev xarizması ilə xalq sevgisi vahidlik simvoluna çevrilib və bu vahidliyi heç bir daxili, xarici düşmən qüvvələr poza bilməz.
sia.az