PDF Oxu

Siyasət

  • 3 560

Sədaqət Vəliyeva: Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkə sayıla bilər

Sədaqət Vəliyeva: Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkə sayıla bilər

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Məhz, avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır. Həmçinin, ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının növbəti əyani nümunəsidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkə sayıla bilər: “1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib və 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Məhz, açılışı olmuş Abşeron rayonundakı şəhərcikdə birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Ötən gün keçirilmiş tədbirdə isə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Ümumiyyətlə, müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır ki, bu günə qədər 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu il isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Eləcə də son 8 ayda 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reablitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb”.

“Göründüyü kimi, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə, hərbçilərə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır” - deyən Sədaqət Vəliyeva əlavə edib ki, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi həyata keçirilən sosial siyasətin mühüm tərkib hissədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kateqoriyadan olan insanlara bundan sonra da yüksək dövlət qayğısı olacaq.

Hikmət Babaoğlu: İllərdir həsrətilə yaşadığımız Böyük Qayıdış arzusu reallığa çevriləcək

“Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzilin, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim edilməsi mərasimində iştirak etdilər. Bu, şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahürü olmaqla sosial-mənəvi kontekstdə mühüm bir hadisə idi. Ancaq tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi məsajlar isə tarixi-strateji müstəvidə olduqca əhəmiyyətli idi”.
Bunu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili vurğulayıb ki, əslində, Azərbaycan Prezidenti milli yaddaşımıza müraciət edərək əsrlər boyu xalqımıza qarşı necə məkrli siyasətin həyata keçirildiyi kontekstində son 101 ildə baş verən hadisələrin üstündə ayrıca dayandı: “İlk dəfə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxunaraq qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü il iyul ayının 7-də isə bizim ərazimizdə süni bir qurum "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradıldı. Hazırkı reallıq isə ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandanımız tərəfindən bu acı gerçəklik dəyişdirildi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi: “Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipulyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevirilən "Dağlıq Qarabağ" termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı var. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bu isə o deməkdir ki, Zəngəzurun Qərbi ermənilərin nəzarətindədir. İndi aranlı-dağlı Qarabağı vahid gördüyümüz kimi gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik”.
“Hazırkı tarixi mərhələdə isə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sözün həqiqi mənasında cənnətə çevirməkdədir. Hər iki iqtisadi rayonda görülən böyük logistika və kommunikasiya işləri, yol-nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan iqtisadi potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna paralel olaraq məcburi köçkün olan vətəndaşlarımızı öz ana yurdlarına qayıdacaq. İllərdir həsrətilə yaşadığımız Böyük Qayıdış arzusu reallığa çevriləcək",-deyə Milli Məclisin deputatı əlavə edib.

yap.org.az

Digər xəbərlər