PDF Oxu

Siyasət

  • 2 586

YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər

YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər

Avqustun 27-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Feyzizadə Toğrul İlqar oğlunun ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovvə millət vəkili Soltan Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

sia.az

Digər xəbərlər