PDF Oxu

Siyasət

  • 4 907

Türkiyə və Azərbaycan küllərindən yenidən doğdu - EKSPERT MÖVQEYİ

Türkiyə və Azərbaycan küllərindən yenidən doğdu - EKSPERT MÖVQEYİ

“Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı imperiyasının çöküşündə, türk etnosunun tamamilə yox olmasında daxili və xarici qüvvələrin kəsişən maraqları mövcud idi. Daxildə ermənilər və yunanlar yaranmış əlverişli şəraitdən istifadə edərək öz və xarici ölkələrin maraqlarını təmin etməyə çalışır, onların dəstəyi ilə Osmanlı imperiyasının torpaqları hesabına dövlət qurmaq xülyasına düşmüşdülər. Vəziyyət o dərəcədə kritik bir həddə çatmışdı ki, ölkə ərazisinin əksər hissəsində xarici dövlətlərin bayraqları qaldırılmışdı. Belə bir çətin və tarixi şəraitdə böyük türk etnosunun iradəsini əks etdirən, hər bir türkü ətrafında birləşdirməyi bacaran, onu mübarizəyə, savaşa ruhlandıran liderə ehtiyac var idi. Bu insan “Bayraqları bayraq edən üzərindəki qandır” deyərək xalqı Vətənin müdafiəsinə səsləyən, onu məhv olmaqdan qurtaran, bu səbəbdən də haqlı olaraq Qurtuluş adlandırılan savaşa öndərlik edən böyük lider və sərkərdə Mustafa Kamal Atatürk oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloq düşünür ki, Türkiyənin Azərbaycana olan münasibəti dövlət olaraq ölkənin rəsmi şəxslərinin hər bəyanatında ifadə olunursa, sadə xalqın, cəmiyyətin Azərbaycana olan səmimi dəstəyinin və sevgi ifadəsinin təzahürü cənab Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsi zamanı müxbirin “Allah bir daha acılar yaşatmasın. Amma nə olsa, yenə də yanınızda olacağıq” sözlərində əks olunub: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Ulu Öndərlərin siyasətlərinin davamçıları Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Hər iki böyük siyasətçi tarixi ədaləti, beynəlxalq hüququ rəhbər tutaraq ortaq qərarlar alır, sinxron addımlar atırlar. Dünyada bizə qarşı olan türkofobiya, azərbaycanofobiya, islamofobiya kimi bədnam əməllərin önündə sinələrini sipər edirlər. Bununla yanaşı, Azərbaycan və Türkiyə bütün region ölkələri ilə qarşılıqlı maraq kontekstində münasibətlər qurur, heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etmir, əməkdaşlıq təklif edir, Ermənistana da konstruktiv mövqe sərgilədiyi müddət ərzində reallaşdırılacaq layihələrdən yararlanmaq fürsəti tanıyır”.Ş.Həsənova vurğulayıb ki, bu baxımdan da Zəngəzur dəhlizi bölgə ölkələri üçün yeni imkanlar yaradacaq: “Türkiyə öz mallarını Orta Asiyaya daha qısa və alternativ yolla daşıya biləcək ki, bu da Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Ermənistan bundan yararlansa blokadadan çıxar, dünyaya yeni bir inkişaf pəncərəsi açar və tarix boyu bu pəncərədən baxa bilər. Türk xalqının döyüşkənliyi, Vətən sevdası tarix boyu dəfələrlə sübut olunub. Qurtuluş savaşında Türkiyə küllərindən yenidən doğdu, Azərbaycan xalqı da 44 günlük Vətən savaşında yenidən doğuldu. 44 günlük müharibədə bütün dünya Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin şahidi oldu. Azərbaycan xalqı da çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Türkiyə və Azərbaycan qardaşlıqlarını əməldə sübut ediblər. Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanının, Zəfərinin bu il 99-cu ildönümüdür. Dost, qardaş ölkəni, eyni kökdən, eyni soydan olduğumuz türk xalqını, Türkiyəmizi Zəfər Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik”.

sia.az

Digər xəbərlər