PDF Oxu

Siyasət

  • 3 084

Şuşa dünyanın ən gözəl şəhəri olacaq ŞƏRH

Şuşa dünyanın ən gözəl şəhəri olacaq ŞƏRH

“Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”. Qalib liderimiz Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində dediyi bu sözlər nəinki şuşalıların, bütün Azərbaycan xalqının ürəyinə su səpdi. Və bu gün – avqustun 29-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə Şuşa şəhərinə səfəri zamanı isə qısa müddət ərzində böyük işlər görüldüyünün şahidi olduq.Bəli, dövlət başçısı Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında şəhərin bərpası istiqamətində görülən işlərdən danışarkən bildirib ki, Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü: “İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq”.Dövlətimizin başçısı yanvar ayında səfəri zamanı verdiyi tapşırıqların 7 ay ərzində yerinə yetirildiyini deyərək düşmənin Şuşanı tərk edərkən şəhərin bütün kommunikasiya xətlərinin, tarixi abidələrini dağıtmasına baxmayaraq hər şeyi bərpaedildiyini bildirməklə düşmənə növbəti zərəbəedici mesajını verdi: «Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür”.Prezident qeyd edib ki, Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular: «Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı».Bəli, bu gün qərəzli, qərəzsiz, məqsədli, məqsədsiz, fərq etməz – dünya mediasının səhifələrinin iki qəhrəmanı var, bir tərəfdə miskin, məğlub və rəzil duruma düşmüş, vətəndaş müharibəsi astanasında olan, ordusunu və bütün hərbi vasitələrini itirib ağ bayraq qaldırmış Ermənistan, digər tərəfdə isə qalib, bölgədə şərtləri diqtə edən, möhkəm daxili siyasi sabitliyi, ordu-xalq və dövlət birliyi tam mənada təmin edilmiş, 28 illik işğala son qoyaraq hazırda təcavüzün və barbarlığın nəticələrini aradan qaldırmaq, vəhşicəsinə dağıdılıb talan edilmiş əraziləri yenidən dirçəltməkdə olan Azərbaycan! Bax, dirçəliş budur.Dövlət başçımızın dediyi kimi: “Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”.

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər