PDF Oxu

Siyasət

  • 2 832

Əli Kərimlinin yalanlarının kölgəsinə sığınanlar.... TƏHLİL

Əli Kərimlinin yalanlarının kölgəsinə sığınanlar.... TƏHLİL

Və yaxud, Seymur Həzi kimi əhəmiyyətsizlər necə deyərlər “it itin ayağını tapdamaz” ortalığında...

44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra sosial şəbəkələrdə qələbəmizə qarşı çirkin kampaniyalar aparan radikal müxalifət düşərgəsinin təmsilçiləri qazanılmış böyük zəfərə kölgə salmağa, ona qara yaxmağa niyyətlənmişdilər. Amma deyəsən, onlar bunun faydasız olduğunu, xalqın bu yalanlara aldanmayacağını dərk ediblər. Belə ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsini “yarımçıq” adlandıran, ölkəmizin 30 ilə yaxın müddətdən sonra bərpa olunmuş ərazi bütövlüyünü şübhə altına almaq istəyən Əli Kərimli Ermənistanın məğlubiyyətini özünün şəxsi məğlubiyyəti kimi qəbul edərək xalqı inandıra bilmədiyi üçün əlacı ətrafında olan kütbeyinlərə çağırış edib. Çünki bu kütbeyinlər də Azərbaycanın əldə etdiyi möhtəşəm qələbəni bəzi dairələr həzm edə bilmirlər. Görünür, Əli Kərimlinin ağaları ona tapşırıq verib ki, qələbəmizə maksimum dərəcədə kölgə salsın. Və bu gün onun Koçaryanı, Sarkisyanı müdafiə etməsi və Azərbaycanın möhtəşəm qələbəsini kiçiltməyə çalışması xalqımızın böyük etirazına səbəb oldu. Çünki Əli Kərimli 1992-1993-cü illərdə hakimiyyətdə olarkən Azərbaycan torpaqlarının böyük bir hissəsini itirdi. O cümlədən onlar hakimiyyətə gəlmək üçün ermənilərlə razılıq əldə edərək, torpaqlarımızın işğal olunmasına göz yumdular. Əlbəttə, bu gün Əli Kərimlinin əlləri azərbaycanlıların qanına bulaşan Koçaryanı, Sarkisyanı müdafiə etməsi anlaşılandır. Görünür, Əli Kərimlinin tutduğu mövqe Koçaryan və Sarkisyanla üst-üstə düşür. Ona görə də onları müdafiə edir. Əli Kərimli bu açıqlaması ilə 2802 şəhidimizin ruhunu incidir, 1245 qazi olan əsgər və zabitimizin mənəviyyatına toxunmuş olur ki, bu da qəbulolunmazdır. Azərbaycan xalqı bu cür açıqlmalar verən və Vətənini satan şəxsləri lənətləyir.
Ərəstun Oruclu: “Əli Kərimli və Seymur Həzi kimi əhəmiyyətsizlər 44 günlük qələbəni həzm edə bilməmələri “5-ci kolon” olduğunu sübut edir"
Bu günlərdə ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu “facebook” hesabında Əli Kərimli və Seymur Həzi kimi əhəmiyyətsizlərin 44 günlük qələbəni həzm edə bilməmələrini açıq şəkildə ifşa edərək bildirib ki, “5-ci kolonun" bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır.Eyni ilə Əli Kərimli Ermənistanın kütbeyin baş naziri Nikol Paşinyan düşüncəsində olduğunu sübut edir. Çünki bütün hallarda "5-ci kolonun" fəaliyyəti bir mərkəzdən – AXCP sədri Əli Kərimlinin vahid plan və proqram üzrə koordinasiya olunur. Qələbənin ilk günündən Əli Kərimli yalan, böhtan dolu informasiyalar yaydı. Və bu gün də Əli Kərimli, müavini Seymur Həzi və başqalarının hər gün 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şayiələr, böhtanlar yazmaları və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması iddiaları demələri bir daha “5-ci kolon”un xəyanətkar, dövlətə, xalqa düşmən mövqedə olduğunu sübut edir.Ancaq bu kütbeyinlər Şuşa, Laçın Kəlbəcər məğlubiyyətinin təkcə Müsavat-AXC cütlüyünün fəaliyyətinin nəticəsi deyil, həm də bu cütlüyün Koçaryanla, Sarqsyanla rəmzi şəriklik, müştərəkliyinin yekunu olduğunu unutmamalıdır və bunu xalq unutmayıb. Ona görə də qələbəmiz həm Koçaryanda, həm Sarqsyanda, həm də 1992-ci ildə bir il hakimiyyətdə olmuş səriştəsiz, fərsiz, məsuliyyətisiz həvəskarlar korpusunda qıcıq yaradır. Çünki “5-ci kalon” məhz qaragüruhu idarə edən bir ovucun bağlı olduğu küt başlardır.Ə.Oruclu "5-ci kolon"la bağlı statusunda bildirir: “5-ci kolonun” bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır. Məsələn, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şayiələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması iddiaları. Hər iki halda qarşıya bir neçə məqsəd qoyulur: orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması. Son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması.
Halbuki, 44-günlük müharibədə Azərbaycan hərbi qələbəyə 3 mindən çox şəhid verməklə nail olub. Müqayisə üçün deyək ki, SSRİ Əfqanıstan müharibəsində təxminən 9 il 2 ay ərzində 15 min nəfərədək itki vermişdi. Bizim müharibə ilə paralel apardıqda bu itki azı 227 min nəfər olmalı idi. Deməli, həmin iddialar da yalandır. Beləliklə, məhz Əli Kərimli, Seymur Həzi, bir sözlə AXCP və «Milli Şura» adlandırdıqları qurum 44 günlük Vətən müharibəsinin Rusiya ilə razılaşdırılması barədə şayiələr yazırlar, yayırlar.Bir sözlə, «5-ci kolon»un Əli Kərimli və güruhu olduğu qənaətini təsdiqlədiyi fikirlər oyuncaq müxalifət vahidlərinin kütbeyinləridir.
Antimilli ünsürlərin dəyişməz siması: Vicdansızlıq
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsinin tariximizə yazdığı Zəfər harada yaşamasından asılı olmayaraq torpaq, Vətən sevgisini hər şeydən üstün tutan azərbaycanlılarda, dost ölkələrdə böyük sevinc, qürur hissi yaratdığı halda «sapı özümüzdən olan baltalar»ın yenə də ənənələrinə sadiqlik nümayiş etdirərək, Qələbəmizə qara eynəkdən baxmaları onların nə qədər simasız, şəxsi ambisiyalarının qulu olduğunu nümayiş etdirir. Hər zaman yazılarımızın mahiyyətində dayanan bir məqamı yenə də təkrarən qeyd etmək istərdik ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etməyən radikal ünsürlər hələ də reallıqla barışmaq istəmirlər ki, xalq onları siyasi səhnədə görmək istəmir, tarixin zibilliyinə çoxdan atıb.Bir sözlə, bu ünsürlərin sosial şəbəkələrdə paylaşımları onların xarici himayədarlarından aldıqları sifarişlərin təqdimatıdır. Xalqa deyil, xarici anti-Azərbaycan dairələrə arxalanan, onların ssenariləri əsasında durub oturan belələrindən ölkəmiz haqqında müsbət fikir gözləmək sadəlövhlük olar. Xalq onlara lazım olan dəyəri verib - tarixin zibilliyi. Bu qiymətdən dərs almaq əvəzinə, daha da anti-Azərbaycan təbliğatı aparmaq sağalmaz xəstəliklərinə işarədir. Həmçinin, bu xəstəliyin adı xəyanətkarlıq, mənəviyyatın itirilməsi, ən əsası satqınlıqdır. Bax, budur Ə.Kərimlinin iblis xisləti. Ancaq çi fayda ki, bu plan da baş tutmadı. Çünki satqınçılıq və xəyanətin ömrü az olur. Məgər bu reallıq dəfələrlə təsdqini tapmayıbmı?

sia.az

Digər xəbərlər