PDF Oxu

Siyasət

  • 2 757

“Xarici qüvvələr Əlini vasitə kimi irəli atıblar” AÇIQLAMA

“Xarici qüvvələr Əlini vasitə kimi irəli atıblar” AÇIQLAMA

“Əlinin, ya bir qeyri "Milli Şura" fəalının bu qurumla bağlı ümidsiz proqnozlar səsləndirməsi gözlənilən idi. Əslində, bu milli olmayan saxta qurumu yaradandan Əli və onun kimilər bunun heç bir perspektivi olmayacağını yaxşı bilirdilər”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, səs-küy salmaq, siyasi müxaliflik fonu yaratmaq, bu fonda xaricdəki ağalarının diqqətini cəlb etmək, pul qoparmaq üçün bu da bir vasitə idi: “Həmişə demişəm, yenə deyirəm, bunlar siyasətçi yox, siyasi biznesmenlər, siyasi dəllallar dərnəyidir. Toplaşıblar ora, hansı addımı atsalar daha çox pul gələcəyini müzakirə edirlər. Arada bəzi nadanları aldatmaq üçün siyasi şoular da düzəldib, bununla özlərini gündəmdə saxlamağa çalışırlar. Əslində, əvvəl gündən Cəmil Həsənli ilə Əli Kərimlinin fikirlərində tərs mütənasiblik hökm sürürdü. Hesab edirəm ki, bu da yuxarıdan gələn sifarişdir və ağaları “Milli Şura”dan nə isə gözləməyin əhəmiyyətsiz olduğunu anlayıblar və perspektivdə ona "stavka" edilməməsi qənaətinə gəliblər. Sıradan çıxarmaq üçün də xarici qüvvələr Əlini ən yaxşı vasitə kimi irəli atıblar. Qaldı bu üzdəniraq qurumun buraxılmasına, buraxılmamış nə edə bilirlər ki, buraxılanda da bir mənası olsun? Bu gün Azərbaycan cəmiyyəti kifayət qədər yetkinləşmiş cəmiyyətdir. Xalq ağı qaradan, yaxşını pisdən rahatlıqla seçə bilir. Xalq xaricdən maliyyələşən sapı bizdən olan baltaları artıq yaxşı tanıyır. 44 günlük zəfər savaşı, bu savaşda indiki iqtidarın tarixi siyasi qələbəsi kimi də qəbul edilməlidir. Xalq artıq külək istiqamətində əsmir, möhkəm dayanıb yerində, dövlətinin yolunda istənilən savaşa da hazırdır. Bunu bildiklərindən pişik kimi arxalarını yerə vermək istəməsələr də, artıq kürək çoxdan yerə dəyib”.

sia.az

Digər xəbərlər