PDF Oxu

Siyasət

  • 3 413

Türkiyənin hərbi və xarici siyasəti: Ankara söz sahibinə çevrilib GEOSİYASƏT+ANALİTİKA

Türkiyənin hərbi və xarici siyasəti: Ankara söz sahibinə çevrilib GEOSİYASƏT+ANALİTİKA

Qərb itirdiyi rıçaqlarının Türkiyə cinahına keçməsini həzm edə bilmir və dünyanın yeni güc balansı reallığının Ankaranın ətrafında möhkəmləndirilməsinin qarşısını hər vəchlə almağa çalışır

Türkiyənin hərbi siyasətini analiz edənlərin əksəriyyəti bu siyasətin əsasını anlamadan baş verənləri daxili ideoloji xaltoplama cəhdləri kimi dərk edirlər. Misal üçün, bir sıra hallarda Qərb ölkələrinin mətbuatı Ankaranın sərt və qətiyyətli siyasi iradəsinə təsir göstərmək üçün onu “avantüraçı, islamçı, neoosmanlı” yarlıqları ilə “bəzəyir”, məhz belə təqdim etməyə cəhdlər göstərirlər. Bəzən də Qərb KİV-ləri ritorik şəkildə Türkiyənin regional və dünyəvi siyasətinə xitabən “Onlar oralarda nə yaddan çıxarıblar?” tipli suallar edərək, Ankaranın Suriyada, Liviyada, İraqda, Afrika ölkələrində və Qarabağda göstərdiyi hərbi-siyasi aktivliyindən əslində ciddi narahatlıq keçirdiklərini gizlətmirlər. Hətta bir az da irəliyə gedərək, Türkiyəni “imperialistlərin subpodratçısı” belə adlandırırlar.Lakin bu da son deyil. Ankaranın Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırması, Qətərlə yüksək səviyyədəki əməkdaşlığı da Qərb siyasi dairələrinin narahatlıqlarını açıq-aşkar büruzə edir.Bu gün Qərb yavaş-yavaş itirdiyi rıçaqlarının Türkiyə cinahına keçməsini həzm edə bilmir və dünyanın yeni güc balansı reallığının Ankaranın ətrafında möhkəmləndirilməsinin qarşısını hər vəchlə almağa çalışır. Həmin faktor isə artıq kifayət qədər sübut edir ki, Ankaranın xarici (həmçinin hərbi) siyasəti çoxşaxəlilik prinsipinə söykənir və artıq bu siyasətin qarşısının alınması qeyri-mümkünlüyə çevrilməkdədir.
Sərt və yumşaq siyasət – hədəflər bəllidir
Digər tərəfdən, Türkiyə son illərdə qlobal miqyasda fəaliyyət göstərən əsas simaya çevrilib. Bir sıra sahələrdə özünün sərt gücünü göstərən qardaş ölkə müdafiə sənayesindəki və ticarətdəki sıçrayışlarını da öz qətiyyətlə etdirməkdədir.Lakin Ankaranın sərt siyasəti ilə yanaşı, yumşaq siyasəti də mövcuddur və yumşaq siyasətin uğurları ilə digər yöndəki sahələrində qətiyyətlilik nümayiş etdirən Türkiyə qlobal gücünü artırmağa müyəssər olur. Yumşaq siyasətə isə TIKA, YTB, TRT, Maarif kimi amilləri göstərmək olar. Məhz bu faktorlar davamlı partnyorluq və münasibətlərdə müsbət nəticələr əldə edilir.
Biznes investisiyaları isə prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasətdəki addımları ilə ölçülə bilər. Türkiyənin investisiyalar yatırdığı ölkələrə səyahət edərkən Ankaranın uğurlarını görməmək olmur. Türkiyənin yeni aktiv rolu regiondan və daxilindən daha çox xarici mühitdə aydın görünməkdədir. Əlbəttə ki, bu reallıq Ərdoğanın müahir siyasətçi, diplomat olması, qətiyyətli liderlik keyfiyyətləri və s. üstünlükləri ilə əlaqələndirilir.
İstiqamət Balkanlara və Mərkəzi Asiyaya doğrudur
Artıq o da məlumdur ki, son zamanlar Balkanlar və Mərkəzi Asiya ölkələri Türkiyənin xarici siaysətinin prioritet istiqamətlərindən birinə çevrilməkdədir. Hər iki halda Türkiyə özünün sabitləşdirici, vasitəçi və investiyaçı aspekti ilə seçilir. Məlumdur ki, Bosniya və Hersoqovinanın ərazi bütövlüyü çətin və incə təməllər üzərinə dayanır. Onun dayanıqlı olması Rusiyadan, Avropa İttifaqından və Türkiyədən asılıdır – bu amillər Balkan geosiyasətinin əsasıdır. Bu xüsusda Türkiyə özünün Balkan regionundakı güclü varlığını mobilizə edir, həmin istiqamətdəki siyasəti ilə Serbiya, Horvatiya, Bosniya və Hersoqovina ilə münasibətlərini yaxşılaşdırır. Ankara əməkdaşlıq layihələrini realizə edir (məsələn, Sarayevo-Belqrad avtomagistralı) ki, Balkanlar bir daha 1990-cı illərdəki kimi münaqişə vəziyyətinə səbəb olmasın. Əbəs deyil ki, bu yaxınlarda Bosniya və Hersoqovinanın Prezident şurasının üzvləri Türkiyəni “sülhün və sabitliyin qarantı” kimi gördüklərini bəyan etdilər və Ərdoğanın vasitəçiliyinə, ortaqlıq təkliflərinə olduqca müsbət yanaşdıqlarını vurğuladılar. Bütün bu kimi məsələlər isə bir daha sübut edir ki, qardaş Türkiyə dövləti və onun lideri Rəcəb Tayyib Ərdoğanın hərbi və xarici siyasəti Ankaranın dünya miqyasında söz sahibi olması gerçəkliyini kifayət qədər isbatlayır.

sia.az

Digər xəbərlər