PDF Oxu

Siyasət

  • 3 718

"Pilotlarımız orada öz döyüş təcrübələrini bölüşəcəklər" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Pilotlarımız orada öz döyüş təcrübələrini bölüşəcəklər" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan pilotları demək olar ki, mütəmadi olaraq Türkiyədə keçirilən təlimlərdə iştirak edirlər. İki qardaş ölkənin pilotları - Hərbi Hava Qüvvələri qarşıda qoyulan tapşırıqları birgə fəaliyyət göstərərək yerinə yetirirlər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.Onun sözlərinə görə, Azərbaycanın bütün mütəxəssisləri çox böyük maraq dairəsindədir: “Yəni bizim pilotlarımız 44 günlük müharibədə öz məharəti, qəhrəmanlığı, ustalığı ilə döyüş tapşırığını yerinə yetirilməsi ilə diqqətləri cəlb edir. Əlbəttə döyüş təcrübəsi keçən Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri məhz hər hansı bir tədbirdə, o cümlədən də Türkiyədə keçirilən “TurAz Şahini-2021” təlimlərdə iştirak etməsi çox böyük maraqla gözlənilir. Ona görə ki, bizim pilotlarımız orada öz döyüş təcrübələrini bölüşəcəklər. Ola bilsin ki, orada müharibə zamanı olan epizodlara yaxın tapşırıqlar yerinə yetirəcəklər. Bu cəhətdən də əlbəttə Azərbaycan pilotlarının məhz bu son müharibədə qazanılan təcrübə Türkiyə pilotları üçün çox önəmlidir. Azərbaycan və Türkiyə pilotlarının birgə təlim keçirilməsi artıq ənənəvi haldır. Türkiyənin pilotları mütəmadi olaraq Azərbaycanda keçirilən təlimlərdə iştirak edirlər. Türkiyədə keçirilən bu təlimlərdə Azərbaycan pilotlarının iştirakı prinsip cəhətdən təbii haldır”.

sia.az

Digər xəbərlər