Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanla Xankəndinin taleyini elan etdi
Bu gün hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə «demokratı» başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyan kimi savadsızların uğursuz hakimiyyət «siyasətinin» əziyyətini elə sadə erməni xalqı çəkir və çəkəcək də. Bu iki ildən çox bir zaman kəsiyində işğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistanındır, vəssalam" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbul ediləndir".Bu qanmaz ermənilərə İkinci Vətən müharibəsi dövründə də kimin kim olduğunu göstərdik. Dövlət başçımızın dediyi kimi: «Dəmir yumruq düşmənin başını əzdi. Ancaq əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq... Bu, sonuncu xəbərdarlıqdır».
İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq
Amma havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. İlham Əliyev bir daha buna oxşar cəhdin göstəriləcəyi təqdirdə düşmənin yerindəcə məhv ediləcəyini bəyan etməklə qətiyyətini yenidən göstərdi.44 günlük müharibədən öncə İlham Əliyevin bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, bütün Ermənistan buna şahidlik edib.Əgər revanşistlər nəticə çıxarmasalar, dəmir yumruq işə düşəcək. Əslində, Ermənistandakı revanşist qüvvələr də bundan xəbərdardırlar. Yaxşı anlayırlar ki, istənilən təxribatları onlara baha başa gələ bilər. Ancaq başçıları yenə də havadarlarına arxalanaraq çirkin oyunlar oynamaqla Azərbaycanı təxribata çəkmək istəyirlər.Hələ dekabr ayında Qarabağa növbəti səfəri zamanı İlham Əliyev erməni faşizmi və onlar tərəfindən törədilən təxribatlara toxunaraq bəyan etmişdi ki, Azərbaycan Qarabağda erməni faşizminin başını əzərək terror dövlətinin belini qırıb. Bununla da Ermənistan məcbur olub Azərbaycanın qarşısında diz çöküb. Bundan sonra hər hansısa bir təxribat olarsa, dəmir yumruğun növbəti zərbəsini alacaqlar. Ona görə də işğalçı, məğlub Ermənistan və onun havadarları bu vəziyyətdən düzgün nəticə çıxarmalıdırlar.
Anlamazları anlatmaq...
Elə bu anlamazlığın nəticəsidir ki, sentyabrın 2-də separatçıların Xankəndidə tədbir planlaşdırmalarıdır. “Artsaxın müstəqilliyi”nin 30-cu ildönümü ilə bağlı separatçılar növbəti evcik oyunu oynamağa həvəslənirlər. Bununla “DQR”in guya var olduğunu dünyaya nümayiş etdirmək istəyirlər. Bunun faydası olacaqmı ermənilərə? Bu cür cəhdlər, özünüaldatmalar reallığı dəyişmək gücündədirmi? Necə deyərlər özləri qazdıqları quyuya özləri də düşəcəklər.Dəfələrlə, elə bu günlərdə Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak edən Ali Baş Komandan Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur: «Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi. Beşulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar».
Bütün bu mesajlardan sonra reallığı anlamayan Ermənistan rəhbərliyi Xankəndində tədbir keçirmək istəyir. Erməni mediasının bildirdiyinə görə, separatçıların Xankəndidə keçirmək istədikləri “tədbirə” nə prezident Armen Sarkisyan, nə baş nazir Nikol Paşinyan, nə də hətta Ermənistan parlamentinin sədri Alen Simonyan qatılacaq. Yəni Xankəndiyə gəlməyəcəklər. Bax, budur anlamazlıq. İstənilən halda yenə də “dəmir yumruq” zərbəsi alacaqlar. İstənilən halda qələbə Azərbaycanındır. Qarabağ Azərbaycanın olduğu kimi...
Azərbaycan Prezidenti üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritet məsələdir
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanına görə Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri Xankəndi, Xocalı və Ağdərənin geri qaytarılmasıdır. Müxalifət və bəzi blogerlər tez-tez deyirlər ki, hakimiyyət bu şəhərlərin adlarını çəkmirsə, demək, onları geri qaytarmaq planı yoxdur. Amma gedən proseslər və bəzi informasiyalar onu göstərir ki, Prezident İlham Əliyev üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritet məsələdir. Dövlət bu hədəfdən vaz keçməyib. Və bir həqiqəti də anlamaq lazımdır ki, gerçək müharibə kimi soyuq müharibənin də özünün şərtləri, qaydaları var. Hazırda İlham Əliyev o şərtlərə tam olaraq əməl edir. Dövlət başçımızın növbəti mesajı bunu bir daha sübut edir: «Azərbaycan müharibə istəmir, ancaq Ermənistan savaş istəyirsə, cavabı keçən ilin payızındakı kimi, hətta ondan da sərt olacaq! Seçim özlərinindir... Artıq bu faktın gerçəkliyi göz önündədir... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq!"Bir sözlə, Ermənistan əgər yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki öz hərbi gücünü və məhv edilmiş ordusunu, eyni zamanda, iqtisadi durumunu bərpa edib dirçəlişə nail olmaq imkanları olmayacaq.
sia.az