PDF Oxu

Siyasət

  • 3 423

“Cəmil Həsənli yanlış açıqlamaları ilə özünü hörmətsiz vəziyyətə salır” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Cəmil Həsənli yanlış açıqlamaları ilə özünü hörmətsiz vəziyyətə salır” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“İstənilən halda hər bir ölkədə müəyyən sayda insanlar var ki, qanunlar qarşısında özlərini sərbəst hiss edirlər. Yəni hesab edirlər ki, bunlar nə istəsələr edə bilərlər. Amma hər kəs qanunlara əməl etməli və qanunu pozanlar da qanun qarşısında cavab verməlidirlər”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, bəzi dağıdıcı xislətli müxalifətçilər hesab edirlər ki, bunlar istənilən hərəkəti edə bilərlər və bunlar toxunulmazdılar: “Dağıdıcı müxalif partiya sədrləri mövcud demokratik şəraitdən istifadə edərək hüquqa zidd addımlar atırlar. Onlar məsuliyyətə cəlb ediləndə başlayırlar çığır-bağır salmağa ki, bizim hüququmuzu pozurlar. Əgər sənin hüququn pozulubsa məhkəməyə müraciət elə. Cəmil Həsənlinin Amerkaya gedərək ordan Azərbaycan haqqında əsasız və yanlış iddialarla çıxış etməsi və fikirlər səsləndirməsi xoşagəlməz bir haldır. Yəqin özünü gündəmə gətirmək üçün bu cür üsuldan istifadə etməyə çalışır və demək istəyir ki, mən də varam. Adını siyasətçi qoyan bir şəxsin bu cür hərəkətlərə əl atması heç vaxtı ona baş ucalığı gətirməyəcəkdir. Əksinə, onu daha da gözdən salacaq. Yəni C.Həsənli yanlış açıqlamaları ilə özünü hörmətsiz vəziyyətə salır”.

sia.az

Digər xəbərlər