Ermənistandan Rusiyaya qaçaqmalçılıq yolu ilə 7,5 min qutudan çox siqaret göndərməyə cəhd edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, tütün məmulatlarının qaçaqmalçılıq cəhdləri faktı ilə bağlı Rusiya Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq yoxlama tədbirləri həyata keçirilir.
Məlumata görə, Moskva gömrükçüləri, Ermənistandan aksiz markası olmayan böyük miqdarda tütün məmulatlarının idxalını dayandırıblar. Həmçinin, İrəvandan gələn iki sərnişinin baqajında eyniləşdirmə vasitəsi və aksiz markası olmayan tütün məmulatlarının daşındığı qeyd olunur.
Xatırladaq ki, Ermənistandan markasız, qaçaqmalçılıq yolu ilə siqaret idxal etmək cəhdi, son bir həftə ərzində qeydə alınan ikinci hadisədir. Beləki, avqustun 30 -da gömrük idarələri 596 blok siqaret idxal etmək cəhdinin qarşısını alıblar.