PDF Oxu

Siyasət

  • 2 756

"Füzuli Hava Limanının inşası..." - DEPUTAT AÇIQL

"Füzuli Hava Limanının inşası..." - DEPUTAT AÇIQL

“Füzuli Hava Limanının inşası bir çox baxımdan xüsusi önəm daşıyır. Bu bölgədə iqtisadi artıma ciddi töhfə verəcəkdir. Bu gün ümumiyyətlə dünyada iqtisadiyyatın inkişafı həm də hava limanlarının mövcudluğu ilə bilavasitə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu baxımdan da Azərbaycanın müxtəlif şəhərləri arasında hava uçuşlarının həyata keçirilməsi Füzuli ilə Bakı və digər rayonlar arasında sərnişin mübadiləsinə öz ciddi töhfəsini verəcəkdir: “Bu gün həm Qarabağın, həm Şərqi Zəngəzurun turizm perspektivləri yüksəkdir və bu bölgədə turizm üçün çox geniş imkanlar var. Gələcəkdə Zəngəzur dəhlizinin işə salınması nəzərdə tutulur və Zəngəzur dəhlizinin işə salınması baxımından da bu cür layihələrin böyük əhəmiyyəti var. Şəhərlərarası, bölgələrarası əlaqələrin gücləndirilməsinə öz böyük töhfəsini verəcəkdir”.

Arzu Qurbanzadə

Digər xəbərlər