"Qarabağda aparılan yenidənqurma və qayıdış planlarının müxtəlif məqsədləri var. Birinci tərəfdən, Azərbaycanın həmin əraziləri iqtisadi olaraq inteqrasiya etdiyidir. Əhalinin qayıdışı ilə isə demoqrafik inteqrasiya məqsədini daşıyacaq. Bu iki məqsəd həyata keçəndən sonra, həmin ərazilər mübahisəli ərazi, bufer zonası kimi anlayışlardan uzaqlaşacaq və müxtəlif beynəlxalq platformalarda, əsasən, ATƏTİ-in Minsk qrupunda danışıqlar predmeti olmaqdan çıxacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.Onun sözlərinə görə, digər tərəfdən, Qarabağda ən çox 25 min erməninin yaşadığını nəzərə alsaq, qayıdış nəticəsində bölgənin azərbaycanlı əhalisinin nisbəti artacaq. Fərhad Mehdiyev bu barədə fikirlərini belə izah edib: "Bu baxımdan Hadruta, Suqovuşan və ətrafına azərbaycanlıların yerləşməsi çox vacibdir. Bunlar status məsələsi ilə qeyri-müəyyənlikləri aradan götürəcək və demoqrafik balansın xeyrimizə dəyişməsinə şərait yaradacaq".
sia.az