"Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan hətələm-pətələm danışmağa öyrəşib". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.Onun sözlərinə görə, Paşinyan bu gün ayrı, sabah ayrı bir söz deyir. Üçüncü gün deyir ki, o, birinci gün dediyim söz, düzgün başa düşülməyib, mən bunu nəzərdə tuturdum. Bu barədə Rasim Musabəyov fikrini belə izah edib: "Paşinyan mahiyyətinə görə, delitant, yəni eşitdiyini deyən, populist, daha çox aventurist fikirlərə meyillidir. Düşünürəm ki, daha çox onun orada bu gün bunu deməsi sabah ayrı söz deməsi o qədər də əhəmiyyətli deyil. Onu konkret qərarlara sürümək, o qərarları qəbul etməyə məcbur etmək lazımdır. Bu baxımdan, onun danışığına elə də böyük əhəmiyyət verməyə ehtiyac yoxdur".
sia.az