PDF Oxu

Siyasət

  • 2 727

Hansı partiya daha güclüdür? TƏRS BAXIŞ

Hansı partiya daha güclüdür? TƏRS BAXIŞ

Arif Hacılı: “Müsavat AXCP-dən güclü partiyadır”

Müsavat partiyası və AXCP arasındakı düşmənçilik mövqeyi uzun illərə söykənən faktdır və bu faktlar kifayət qədərdir. Demək olar ki, bütün seçki proseslərində onlarla blok və birliklərdə təmsil olunan, sonradan isə ayrılan bu partiyalar əsla bir yerdə ola bilməyəcəklərini qarşılıqlı ittihamları ilə sübuta yetiriblər. Hətta bir partiya hər hansı bir boykot qərarı verirdisə, digəri həmin qərara zidd gedir, bununla da fikirlər haçalanırdı.Hətta bir zamanlar “superpartiya” xəyallarına düşərək birləşəcəklərini iddia edən Müsavat və AXCP sonradan bu iddialarında da cəm olmağı bacara bilmədilər. Təbii ki, bütün bunlar partiya rəhbərliklərinin şəxsi maraqlarına qurban verilən məsələlərdir və hazırda elə bir situasiya yaranıb ki, nəinki Müsavat və AXCP arasında dərin uçurum yaranıb, eləcə də partiyaların özlərinin daxillərində hərc-mərcliklər ənənəvi prosesə çevrilib. İstefalar, bunun ardınca isə təhqir və ittihamlar isə adi hal kimi qəbul olunur.
Arif Hacılı “Yeni Müsavat”ı və Raid Arifoğlunu nədə ittiham etdi?
Lakin mövzudan ayrılmamaq üçün qayıdaq özlərini “ana müxalifət” kimi zorla ictimai rəyə sırıyan iki partiya arasındakı düşmənçiliyə. SİA xəbər verir ki, bugünlərdə Müsavat partiyasının başqanı Arif Hacılı iddia edib ki, Müsavat AXCP-dən güclü siyasi təşkilatdır və cəbhəçilərdə yalnız mətbuat və informasiya işi müsavatçılardan yaxşı qurulub. Ancaq nə qədər qəribə görünsə də A.Hacılı bu günahı – yəni informasiya məsələsində AXCP-dən zəif olması etirafını günah olaraq atıb “Yeni Müsavat” qəzetinin üzərinə - daha dəqiq desək, hazırda siyasi baxışını qərəzli və radikal müxalifətçilikdən normal media maraqlarına yönəldən Rauf Arifoğlunun üstünə.“Bunun əsas səbəbi ondan ibarətdir ki, Müsavat partiyasının bütün informasiya resursları “Yeni Müsavat” qəzetinin üzərində cəmləşirdi. Sonradan “Yeni Müsavat” qəzetinin belə bir mövqe tutması bizi mətbuat resurslarından məhrum etdi. Nəinki sıfırladı, hətta minusa getdi. Artıq biz mətbuat orqanlarımızı yaradırıq”, deyən A.Hacılı iddia edib ki, başqanı olduğu partiyanın saytı olarsa bu sahədə də AXCP-dən daha “güclü” olacaqmış və s.
Sən demə, Müsavatın informasiya resursu var, amma...
Lakin kiçik bir araşdırma apardıqdan sonra məlum oldu ki, sən demə partiyanın rəsmi saytı 2014-cü ildən fəaliyyət göstərir. Bu zaman sual yaranır: əgər əlinizdə informasiya resursu varsa, eləcə də daha çox resurslar yaratmağın heç də çətin olmayan proses olması nəzərə alınarsa, bu zaman nəyə görə həmin imkanlardan istifadə etmirsiniz? Yaxud, Müsavat həqiqətən də fəaliyyətinə görə AXCP-dən güclüdürsə, həmin gücünü informasiya resurslarında niyə istifadə etmir? Axı kor-kor, gör-gördür ki, partiyanın saytı, üstəli sosial mediada da yetərincə səhifələri və s. mövcuddur.Bu kimi resurslar AXCP-də də var və partiyanın tabeçiliyndə olan “Azadlıq” qəzetinin elektron variantı, habelə xarici ölkələrdəki YouTube üzərindən yayımlanan sosial şəbəkələri fəaliyyət göstərirlər. Müsavat üçün də bunu etmək çətinlik yaratmır, sadəcə, A.Hacılı necə deyərlər, əzəli rəqibi (düşməni) Əli Kərimlini cırnatmaq üçün bu kimi açıqlamalarla iddiasını ortaya qoyur.
Nə AXCP Müsavatdan, nə də Müsavat AXCP-dən güclüdür, hər iki partiya ümumilikdə, zəif və uğursuzdurlar
Lakin hər şeyə rəğmən, əslində, bu partiyaların daha artıq resurs imkanları olsa belə, heç vaxt normal düşüncəli ictimai rəy qarşısında nüfuz, dəstək qazana bilməyəcəklər. Ona görə yox ki, onlar informasiya yaymaq istiqamətində peşəkar deyillər, ona görə ki, xarici havadarlarından havayı qazanmaq eşqləri hələ də mövcuddur. Çünki AXCP sədri Əli Kərimli də illərdir ki, bu və ya digər informasiya resursları vasitəsi ilə antidövlətçilik fəaliyyəti göstərir, Azərbaycan dövlətinin, hakimiyyətinin qazandığı tükənməz uğurları kölgə altında qoymağa cəhdlər göstərir, amma bu əməllərinin heç bir nəticəsi olmur.Müsavat partiyasının başqanı Arif Hacılı da bu cür fəaliyyət göstərərək, məhz bundan sonra AXCP-dən qat-qat güclü olacağını hesab edirsə, yanılır. Fakt budur ki, nə AXCP Müsavatdan, nə də Müsavat AXCP-dən güclüdür, hər iki partiya ümumilikdə zəif və uğursuzdurlar.

sia.az

Digər xəbərlər