PDF Oxu

Siyasət

  • 2 261

İşğaldan azad olunan ərazilərimiz müasir məkana çevrilir ŞƏRH

İşğaldan azad olunan ərazilərimiz müasir məkana çevrilir ŞƏRH

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanıldı. Qısa bir zamanda ermənilər tərəfindən xarabazarlığa çevrilən ərazilərimiz müasir bir məkana çevriləcək. Böyük Qayıdış uğurlarımızdan xəbər verir. Bu gün aparılan təmir-bərpa işləri, infrastrukturun qurulması, böyük tikintilər, beynəlxalq hava limanlarının tikintisi bu yerlərin tezliklə müasir bir məkana çevriləcəyindən xəbər verir. Əlbəttə ki, Azərbaycanın hər bir uğuru, inkişafı diqqətdədir və dünya mətbuatında mütəmadi olaraq işıqlandırılır.

Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin sınaq reysini həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında enişin icrası diqqətdən kənarda qalmayıb. Belə ki, Belarusun xəbər portalında bununla balğı məqalə dərc olunub. "belprauda.com" xəbər portalında dərc olunan məqalədə bildirilir ki, bu, işğaldan azad olunmuş Qarabağın ilk hava limanına eniş kimi də tarixə düşüb. Həmin təyyarə "Qarabağ" adını daşıyır. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını "Zəfər yolu" və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.

Məqalədə, həmçinin avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olmaları barədə də ətraflı məlumat verilib.

Əlbəttə ki, görülən işlər torpaqlarımızdan məcburi köçkün düşən bir milyondan çox insanımızın ata-baba yurdlarına qayıdacağından xəbər verir. Həyata keçiriləcək layihələr işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu gün irimiqyaslı layihələr həyata keçirilir, "Ağıllı kənd" konsepsiyası reallaşır. Bütün bunlar 30 ilə yaxın həsrətlə öz yurduna dönmək həsrəti ilə yaşayan insaların rahat bir şəraitdə, gözəl bir məkanda yaşayacağına əminlik yaradır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər