PDF Oxu

Siyasət

  • 4 601

Bir cinayətkarın mitinq həyasızlığı... ŞƏRH

Bir cinayətkarın mitinq həyasızlığı... ŞƏRH

Eynulla Fətullayev: "Əli Kərimli müxalifət düşərgəsinin tülküsüdür"

Bir "siyasətçi"nin ki tərcümeyi-halında bu qədər qara ləkələr olsun, onun yenidən mitinq iddiasına düşməsini ancaq həyasızlıq adlandırmaq olar. Bunu müxalif düşərgədə baş verən hadisələr də bir daha sübut edir. Belə ki, özünü "müxalifətin lideri" kimi təqdim edən və cinayətlər içində çapalayan Əli Kərimli yenidən sosial şəbəkələrdən “çıxış yolu mitinqdir” deməsi həyasızlıqdan başqa bir şey deyil. Ancaq Əli Kərimli kimilər bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır. Bu yerdə jurnalist Eynulla Fətullayevin dediyi söz lap yerində deyilib: "Əli Kərimli müxalifət düşərgəsinin tülküsüdür. Bütün tülkü və xəyanətkar siyasəti ilə".Bu gün bu tülkü siyasətçi, cinayətkar Ə.Kərimli ilə bağlı xarici qüvvələrin göndərdiyi maliyyə ilə ölkədə təxribatlar törətmək istəyi faktları sübuta yetirildiyi bir halda utanmadan mitinq iddiasına düşməsi bir daha AXCP sədrinin erməniliyini və tülkülüyünü təsdiqləyir: "AXCP sədri heç vaxt adam olmayıb, olmayacaq da. Cinayətkar, əxlaqsız, erməni nökəri Əli Kərimlinin "bəlkə də qaytardılar" xülyası bir daha baş tutmayacavq. Bunu bilə-bilə mitinqdən başqa siyasi mübarizə üsulu tanımır. Bir dənə sözləri var ki, hakimiyyətə gələk. O da heç vaxt olmayacaq". Və Azərbaycanın bu uğurlardan qısqanclıq hissi keçirən, hətta alışıb - yanan Əli Kərimli kimi əxlaqsız və satqınlar antiazərbaycan qüvvələrin əlində alətə çevrilərək onların çirkli pulları hesabına ölkə daxilində qarşıdurma, hakimiyyətlə xalq arasında süni narazılıqlar yaratmağa cəhd edir, ikrah doğuran vasitələrlə respublikamızın getdikcə artan reytinqinə xələl gətirmək istəyirlər. Təbii ki, belə xəyanətkarlar öz məkrli niyyətlərinə nail ola bilmirlər. Çünki xalq, xüsusilə gənc nəsil ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şəraiti yaradan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən Azərbaycan dövlət başçısının siyasi xəttini dəstəklədiklərini bəyan edirlər. Milli maraqlardan millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Çünki artıq müxalifətin, eyni zamanda Əli Kərimlinin iç üzü, xəbis niyyətləri və ermənipərəst qüvvələrin çaldığı havaya oynaması hamıya məlumdur və bu cəhdləri iflasa uğrayır. Çünki xalq, yetişən gənc nəsil milli maraqlardan, millilikdən uzaq olan müxalifətə birdəfəlik "yox" deyib.
Əli Kərimli, döyüşçülər satqınları sevməzlər!
Ən əsası isə, satqın Əli Kərimli indi də həyasızcasına sosial şəbəkələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından istifadə edib siyasi divident qazanmağa çalışmaq istəyir. Ancaq belə bir söz də var: “Sən saydığını say, gör fələk nə sayır”. Belə ki, Qarabağ müharibəsi əlilləri üzərindən antitəbliğata cəhd edən AXCP sədri böyük təpkilərlə qarşılanıb və tülkü “siyasətçinin” planlarını alt-üst olub. Belə ki, Əli Kərimli Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək guya ki, bu kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət olduğunu bildirir. Lakin hər zamankı kimi, bu dəfə də sosial şəbəkə istifadəçiləri, xüsusilə gənclər Əli Kərimliyə və onun trollarına sözlərini dedilər və antitəbliğat kampaniyasını iflasa uğratdılar.
Gənclərdən “Əli Kərimli kimi satqınların cavabı verilməlidir” çağırışı
Ramil Vəlibəyov adlı sosial şəbəkə istifadəçisi status paylaşaraq yazıb ki, Qarabağ müharibəsi xalqımızın ən ağrılı yarasıdır. Bu müharibədə şəhid olan, yaralanan, əlil qalan insanlar isə qürurumuz, cəmiyyətimizin həssas üzvləridir. Hansısa toplantıda, yaxud məclisdə içəri bu kateqoriyadan olan insan daxil olarsa qeyri-ixtiyari gənclər və digərləri ayağa qalxırlar, onlara yer verirlər. Çünki bu, Azərbaycan xalqının mənəvi-əxlaqi keyfiyyətlərindən irəli gələn məsələdir: “Lakin çox təəssüflər olsun ki, bu gün bəzi antimilli ünsürlər, radikal müxalifət nümayəndələri, xüsusilə də AXCP sədri Əli Kərimli bu kateqoriyadan olan insanların problemlərini öz maraqlarına uyğun şəkildə qabartmaqla, siyasiləşdirməklə həm ictimaiyyət arasında çaşqınlıq yaratmağa, həm bu kateqoriyadan olan insanlarla dövlət arasındakı münasibətlərə kölgə salmağa, həm də sosiumda Qarabağ müharibəsi ilə bağlı fikirlərə mənfi psixoloji nöqteyi-nəzərdən qiymətin verilməsinə cəhd göstərir. Düşünürəm ki, bundan sonra heç kəs susmamalıdır. Nəinki gənclər, hətta Qarabağ müharibəsi əlilləri, şəhid ailələri susmamalı, Əli Kərimli kimi satqınların cavabını verməlidir ki, bir daha o bu kateqoriyadan olan insanların heysiyyatına toxunmasın, onların adından istifadə etməsin”.Bu statusun paylaşımından sonra münasibətini ortaya qoyan digər gənclər Əli Kərimlinin antitəbliğat kampaniyasını pislədilər. Məsələn, Sevinc Abdullayeva qeyd edib ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin adından danışmaq Əli Kərimliyə düşməz: “Çünki bu satqının təmsil olunduğu hakimiyyətin sayəsində ermənilər torpaqlarımızı işğal etdilər, Qarabağ boyda dərdi bizim üçün yaratdılar. Ar olsun...”. Azərin Rəşidova adlı istifadəçi yazıb ki, bu antimilli ünsür üçün Vətən, dövlət və xalq anlaşıyı yoxdur: “Onun üçün əsas xaricdən gələn qrantlar və ölkəmizdə qarışıqlığın yaradılmasıdır. Sənin nə işin var Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə? Onsuz da bu ölkəyə çox zərbələr vurmusan”.Ayan Cəfərova adlı sosial şəbəkə istifadəçisi də maraqlı fikirlə çıxış edib: “1992-ci ildə Qarabağda müharibə gedərkən Əli Kərimli kimilər silahlı adamlarını, zirehli hərbi maşınlarını Bakıda Ali Sovetin binasını tutmağa yönləndirmişdi. Tarixi yaddaşımız yerindədir, ey satqınlar. Gənclərimiz Vətəni qoruyarkən siz Bakıda kreslo üstündə “döyüşürdünüz”. “Əli Kərimlinin bu təbəqədən olan insanların adını anmağa belə haqqı yoxdur” - deyən Lamiyə Rövşənqızı qeyd edib ki, dövlətimiz hər bir vətəndaşının arxasındadır. Bu günədək müharibə adamlarına hansı qayğı göstərilibsə, bundan sonra da o qayğı göstəriləcək. Əlbəttə ki, davam edən müzakirəyə müharibə iştirakçıları, veteranları, əlilləri və şəhid ailələri də öz münasibətlərini bildiriblər.Bir sözlə, cəmiyyətimizin həssas təbəqəsi olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə bu kateqoriyadan olan insanlar, Vətənini sevən gənclər peşman etdilər. Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Bu fakt özlüyündə bir daha həm cinayətkar və satqın Əli Kərimli kimi radikal müxalifət, həm də onlara himayədarlıq edən antiazərbaycan dairələri üçün şillə kimi cavab oldu.Və ölkəmizin başçısının mütəmadi olaraq hərbçilərin sosial vəziyyəti ilə bağlı imzaladığı sərəncamlar bu ünsürlərin bəd niyyətlərini alt-üst edir və bundan sonra da edəcək. Və tarixin zibilliklərinə atılan Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... kimilər bilməlidirlər ki, xalq üçün radikal müxalifət deyilən bir "varlıq" mövcud deyil! Çünki əsl həqiqət o bayraqda və onu oraya sancan vətənpərvərlərdədir!Prezident İlham Əliyevin dediyi kimi: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz!”. Bəli, xalqımız öz müdrikliyi ilə bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşəcək.

sia.az

Digər xəbərlər