PDF Oxu

Siyasət

  • 2 762

Məhkəmə Sarkisyanın iddiasını qəbul edib

Məhkəmə Sarkisyanın iddiasını qəbul edib

Ermənistanın üçüncü prezidenti ona ünvanlanan açıqlamaları təkzib etməyi və nüfuzuna dəymiş ziyanı ödəməyi tələb edir. SİA xəbər verir ki, bu barədə datalex.am məhkəmə məlumat portalı informasiya yayıb.

İnformasiyaya görə, məhkəmə "Mülki müqavilə" fraksiyasından olan deputat Xaçatur Sukiasyana qarşı Ermənistanın eks-prezidenti Serj Sarkisyanın iddiasını qəbul edib. Bildirilir ki, iddia İrəvanın ümumi yurisdiksiya məhkəməsinə verilib. Qeyd olunur ki, Sarkisyan ona ünvanlanan açıqlamaları təkzib etməyi və nüfuzuna dəymiş ziyanı ödəməyi tələb edir. Yeri gəlmişkən, tələb təkcə Sukiasyana deyil, parlament aparatına da aiddir və bu bardə səbəb göstərilməyib. Tələb olunan kompensasiyanın məbləği barədə heç bir məlumat yoxdur.

İş hakim Sergey Saakyana göndərilib, məhkəmə iclası hələ təyin edilməyib.

Xatırladaq ki, 25 avqust tarixində Ermənistan parlamentində Sukiasyan Sarkisyanın ordu və dövlətin digər əsas ehtiyacları hesabına Baden-Badendə yüz milyon dollardan çox vəsait "uduzduğunu" və “müxtəlif ölçülü ayaqqabılarda“ İrəvana gəldiyini deyib.

Sentyabrın 6-da keçmiş prezidentin vəkili Amram Makinyan məhkəməyə müraciət edərək jurnalistlərə bir milyon dramın, təxminən iki min dolların, təzminat olaraq iddia ediləcəyini və bunun Hərbi Sığorta Fonduna köçürüləcəyini bildirib.

Digər xəbərlər