PDF Oxu

Siyasət

  • 2 829

Paşinyanla diplomatik korpus arasında MÜNASİBƏTLƏR GƏRGİNDİR

Paşinyanla diplomatik korpus arasında MÜNASİBƏTLƏR GƏRGİNDİR

Nikol Paşinyanla Ermənistanın diplomatik korpusu arasında münasibətlər gərgin olaraq qalmaqda davam edir. SİA xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Qəzetin yazdığına görə, Nikol Paşinyanın Armen Qriqoryanı xarici işlər naziri vəzifəsinə təyin edə bilməməsinə və "pisliklərin daha azı" - Ararat Mirzoyanın namizədliyini qəbul etməsinə baxmayaraq, diplomatik korpusda darıxdırıcı narazılıq və fikir ayrılıqları davam edir.

Nəşrin qeyd etdiyinə əsasən, diplomatlar Nikol Paşinyanın yürütdüyü xarici siyasət kursunu "ən azı məntiqsiz" hesab edirlər.

Qəzetin mənbələri, xüsusilə də "müsbət siqnallar" kontekstində Ermənistan-Türkiyə münasibətləri prosesi ətrafında fikir ayrılıqlarının daha da gərginləşdiyini bildirir.

Digər xəbərlər