PDF Oxu

Siyasət

  • 2 690

Telekanal rəhbərliyinə vaxt verildi

Telekanal rəhbərliyinə vaxt verildi

Qaqik Sarukyan, "Kentron TV" nin yeni rəhbərliyinə xəbər proqramının baxışlarını ikiqat artırmaq üçün vaxt verib. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzetin yazdığına görə, noyabrda onun qoyduğu həddə çatmazlarsa, o zaman yeni heyət işdən çıxarılacaq.
Nəşr artıq telekanalda köklü dəyişikliklərin baş verdiyini yazır. Qeyd olunur ki, İveta Tonoyan gedib, onun əvəzinə hökumət bloku mediasında işləyən informasiya blokunda yeni bir şəxs peyda olub və nəticədə işçilər səlahiyyətlilərin telekanalı ələ keçirdiyi, və insanlarını bura göndərdiyo qənaətinə gəliblər. Bununla birlikdə maliyyə problemləri Qaqik Sarukyan tərəfindən həll olunmaqda davam edir.

“Yaxın gələcəkdə yayda planlaşdırılan bir sıra televiziya layihələri həyata keçiriləcək. "Çiçəklənən Ermənistan" partiyasının bir neçə keçmiş deputatı ayın sonuna qədər öz proqramları ilə çıxış edəcəklər. Arman Abovyan və Şake İsayan müxtəlif partiyaların nümayəndələrinin dəvət ediləcəyi siyasi debatlar təşkil edəcəklər. Mikael Melkumyan iqtisadi məsələlərlə canlı yayım formatında məşğul olacaq, Luiza Sarkisyan isə Ermənistanda məşhur qadınlar haqqında yayımlayacaq verilişə çıxacaq”, deyə qəzet yazır.

Digər xəbərlər