"Deyilənə görə, alma və armud yetişdirmək üçün ideal şəraitin olduğu Karbi və Ohanavan kəndlərində bəzi ərəblər 100 hektar torpaq alaraq əkinsiz qoyublar". SİA xəbər verir ki, bu barədə iş adamı və fermer Arutyun Mnasakanyan 24TV-də bildirib.
“Hesabladım ki, cəmi 200 milyon dollara türklər kənd təsərrüfatımızın bütün potensialını iflic edə bilər. Lazım gələrsə bu sərmayəni edəcəklər. Bu Türkiyə və ya Azərbaycan üçün az məbləğdir”, deyə aqronom bildirib.
Proqramın qonağının sözlərinə görə, bu gün Rusiya bazarı olmasa, Ermənistanın kənd təsərrüfatı sektoru sağ qalmayacaq.
"Təsəvvür edin ki, Lars birdən-birə bağlanır. Bütün sahə iflic vəziyyətindədir. Logistika əlaqələri də daxil olmaqla Türkiyə və Azərbaycanla avtomobil və dəmir yolları açıldıqda, indiki şəraitdə Ermənistanın kənd təsərrüfatı ilə vidalaşmalıyıq", deyib Mnasakanyan.