Siyasət

  • 1 459

Ağdamlıların doğma şəhərlərinə növbəti səfəri - FOTO

image

Ağdam rayon sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən cümə məscidini, İmarət kompleksini, dram teatrının və çörək muzeyinin qalıqlarını, eləcə də Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəklər.

Qeyd edək ki, Ağdam sakinlərinin doğma şəhərlərinə ilk səfəri sentyabrın 5-də təşkil olunub.

Digər xəbərlər