Siyasət

  • 2 034

"Azərbaycan Qarabağı bölgənin ən gözəl yerlərindən birinə çevirəcək" - DEPUTAT AÇIQLADI

image

“Məlum olduğu kimi hal-hazırda işğaldan azad olunmuş ərazilərdə ciddi addımlar, böyük işlər görülür. Bu işlərdən biri azad olunmuş bütün rayonların baş planlarının hazırlanmasıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, artıq bir sıra rayonlarda ciddi işlərə başlanılıb: “Şuşada bildiyimiz kimi, cənab Prezident İlham Əliyev ilə birinci-vitse prezident Mehriban xanım Əliyevanın iştirakı ilə bir sıra vacib müəssisələrin açılışı oldu. Bu istiqamətdə həyata keçirilən addımlardan biri bu ərazilərin elektrik enerjisi ilə təmin olunmasıdır. Artıq bu proses sürətlə həyata keçirilir. Su təminatı istiqamətində addımlar atılır. Bundan əlavə avtomobil yollarının çəkilməsi, inkişaf etməsi bütövlükdə bölgənin inkişafına öz ciddi töhfəsini verəcək. Qısa bir müddətdə bölgədə böyük bir quruculuq və bərpa işlərinin həyata keçirildiyinin şahidi olacayıq. Buna paralel olaraq Ağdamda quruculuq və barpa işləri gedir. Orada çox böyük addımlar atılır. Bundan əlavə artıq Füzuli Hava Limanı hazırdır. Laçın və Zəngilan rayonlarında isə hava limanlarının inkişafı istiqamətində ciddi addımlar atılır. Ümumilikdə götürdükdə isə bu gün bu ölkədə bir çox böyük quruculuq işləri həyata keçirilir və tez bir zamanda Azərbaycan Qarabağı bölgənin ən abad, ən gözəl yerlərindən birinə çevirəcək”.

sia.az

Digər xəbərlər