Siyasət

  • 1 634

"Rusiya sülhməramlıları BMT tərəfindən təsdiq olunmayıb" - DEPUTAT AÇIQLADI

image

"Azərbaycan artıq erməni təxribatlarına qarşı müəyyən tədbirlər görüb. Azərbaycan artıq Gorus, Qafan yolunda çevik polis alayı postunu qurub. İrandan gələn maşınları yoxlayır, daha sonra onları seperatçıların olduğu ərazilərə yollayır". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan bundan öncə də daha qətiyyətli tədbirlər görə bilərdi. Çünki ermənilərlə yumşaq davrandıqca, güzəştlərə getdikcə onlar daha çox güzəşt istəyir. Onlar hesab edir ki, belə də olmalıdır. Nəyə görə Azərbaycan özünün suverən ərazisində qorxa-qorxa, çəkinə-çəkinə iş görməlidir. Sülhməramlı olmur, kim olur-olsun. Sülhməramlıların orada olmaları orada yaşayan ermənilərlə azərbaycanlılar arasında münaqişə yaşanmaması üçündür.

Razi Nurullayev bu haqda fikirlərini belə izah edib: "Onlar özlərini həmin ərazilərin sahibi kimi aparmamalıdır. Rusiya sülhməramlıları BMT tərəfindən təsdiq olunmayıb. Bunlar Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış müqaviləyə əsaslanaraq sülhməramlı missiya daşıyır. 10 noyabr müqaviləsində hər məsələ öz əksini tapıb. Amma sülhməramlılar buna əməl etmirlər. Mənə elə gəlir ki, Azərbaycan bundan sonrakı mərhələdə Laçın dəhlizini bir həftəlik və ya on günlük ta ki ermənilərin ağlı başına gələnə qədər və sülhməramlılar da dərsini alana qədər bağlamalıdır. Azərbaycan öz suverən ərazilərində istənilən addımı ata bilər. Bu gün 10 noyabr müqaviləsini Ermənistan və Rusiya kobud şəkildə pozursa, qoy bir dəfə də Azərbaycan lap kobud şəkildə pozsun. Bundan qorxmaq-çəkinmək lazım deyil. Ümid edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycan tərəfinin mövqeyi daha qətiyyətli olacaq. Cəmiyyət də bunu gözləyir və dəstəkləyir. Bu məsələdə iqtidarlı-müxalifətli hər kəs də Prezidentin yanındadır. Bütün bunlara görə, düşünürəm ki, bundan sonra daha qətiyyətli addımlar atılmalı olacaq.

Digər xəbərlər