Siyasət

  • 2 317

Sülhəddin Əkbər: Milli birliyin yaradılması üçün dialoq qaçılmazdır

image

“Azərbaycanda keçirilən iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirirəm və bu səbəbdən də prosesdə iştirak edirəm”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.
Onun sözlərinə görə, milli maraqların həyati əhəmiyyət kəsb edən prinsiplərinin başında milli həmrəyliyin yaradılması durur: “Milli birliyin yaradılması üçün dialoq qaçılmazdır. Dialoq olmadan təmas, mövqelərin bildirilməsi, ortaq nöqtələrin tapılması, uzlaşmanın əldə olunması, nəhayət milli birlik və həmrəyliyin yaranması mümkün deyil. Dialoq zamanı çalışırıq ki, ümumi yanaşmalar ortaya qoyaq. Ona görə biz sırf siyasi maraqlardan deyil, milli maraqlardan çıxış edirik. Məqsədimiz milli birliyin əldə olunmasıdır. Bunun üçün ilk olaraq ictimai-siyasi səviyyədə birlik olmalıdır. Çünki milli birlik birdən-birə yaranmır. Hər bir siyasi partiya cəmiyyətin müəyyən bir kəsiminin maraqlarını ifadə edir. Biz çalışırıq dialoqda iştirak edərək prosesə töhfə verək”.
S.Əkbər qeyd edib ki, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra başladılan dialoq ilkin mərhələ üçün öz effektini verib: “Təmaslar qurulub. Mövqelər açıq şəkildə bildirilib. Təkliflər istənilib. Bizim partiya artıq təkliflərini təqdim edib. Həmçinin partiyaların qeydiyyat və ofis məsələsi öz həllini tapıb. İndi isə biz yeni reallıqlarla üz-üzəyik. Hesab edirəm ki, bu reallıqlar fonunda dialoqda da yeni mərhələyə keçməliyik. Ümid edirəm ki, hakimiyyət, Yeni Azərbaycan Partiyası siyasi partiyalarının dialoqunun dərinləşdirilməsini dəyərləndirəcək”.

yap.org.az

Digər xəbərlər