PDF Oxu

Siyasət

  • 3 161

Bütün dünya bilməlidir ki, İran hansı qüvvələrə dəstək verir - DEPUTATDAN SƏRT REAKSİYA

Bütün dünya bilməlidir ki, İran hansı qüvvələrə dəstək verir - DEPUTATDAN SƏRT REAKSİYA

“İran parlamentində də açıq şəkildə deyildiyi kimi, İran-Ermənistan münasibətləri bir millət, iki dövlət modeli ilə həyata keçirilir. Ermənistanın ən yaxın müttəfiqi İrandır və bu iki dövlət təkcə Qafqazda deyil, Orta Şərqdə də müttəfiqlikləri çox ciddidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, İranla Ermənistan həm Livanda, həm Suriyada əməkdaşlıq edirlər: “Azərbaycanın ərazisini işğal etmiş, Azərbaycanda milyonlarla müsəlmanı öz yurd-yuvasından didərgin etmiş, on minlərlə insanı qətlə yetirən, məscidləri dağıdan və donuz saxlayan qüvvələrə İranın dəstəyi bütün İslam dünyasına məlum olmalıdır”.A.Mollazadə vurğulayıb ki, bütün dünya bilməlidir ki, İran hansı qüvvələrə dəstək verir və bu özlüyündə böyük bir rəzalətdir: “Eyni zamanda, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Azərbaycanla İran arasında normal qonşuluq münasibətlərini Azərbaycan həyata keçirməyə çalışır, İran isə erməni terroristlərə dəstək verməklə, əslində, səmimi olmadığını bütün dünyaya nümayiş etdirir”.

sia.az

Digər xəbərlər