“Ermənistanın əsas vəzifəsi və qarşısına qoyduğu məqsəd odur ki, nəyin bahasına olursa-olsun prosesləri danışıqların bərpa olunmasına gətirib çıxarsın. Paşinyan danışıqlara çıxış yolu kimi baxır. Çünki məğlub durumdadır, Azərbaycan isə 10 noyabr birgə razılaşmaya əsasən, öz tələblərini davamlı şəkildə həyata keçirir. Bu prosesin davamı Azərbaycan hakimiyyətinin Xankəndidə və digər ərazilərdə mövcudluğunun tam bərpa olunmasıdır”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.Onun sözlərinə görə, Paşinyanda bu prosesin qarşısını almaq üçün müxtəlif addımlar atır: “Təbii ki, Paşinyan bu cür hərəkətlərə əl atması öz başına deyil və öz gücünə ata bilməz bu addımları həm Rusiya ilə, həm də müəyyən mənada Amerika ilə, eləcə də Fransa ilə razılaşdırmaqla atır. Bir sözlə, Paşinyan məsləhətləşərək bu addımları atır və hiss olunur ki, bu proses birgə gedir. 30 il ərzində bu üç ölkə necə ki, Ermənistanı himayə etmişdi və həmin himayə yenə davam edir. Onların birgə səyləri ilə hər biri ciddi şəkildə təlimatlar qoyurlar ki, ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqlar bərpa olunmalıdır. Onlar buna Ermənistan üçün çıxış yolu kimi baxmaq istəyirlər”.A.Nağı onu da bildirdi ki, Paşinyan müəyyən güzəştə getməklə əsas məsələsi odur ki, danışıqlar bərpa olunsun və danışıqların bərpa olunması da o deməkdir ki, proses uzanacaqdır: “Azərbaycanın Xankəndi və digər bölgələri hələlik qeyri-müəyyən vəziyyətdə qalacaqdır və ermənilərdə bundan istifadə edib hansısa formada özlərinin siyasi mövcudluğunu orta qoruyub saxlamağa çalışırlar. Azərbaycan isə qalib ölkə olaraq bu məsələlər də israrlıdır və haqlı tələbi ondan ibarətdir ki, Ermənistan “Zəngəzur dəhlizi”nin və digər məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Orda heç bir güzəşt ola bilməz. 10 noyabr razılaşmasına əsasən, Azərbaycanın bütün ərazilərində hakimiyyəti bərpa olunmalıdır və o cümlədən, Xankəndi və digər ərazilərdə. Qazağın 7 kəndində və Naxçıvanın Kərki kəndində Azərbaycana qaytarılmalıdrır”.
sia.az