PDF Oxu

Siyasət

  • 2 161

YAP cəmiyyətə islahatçı partiya olduğuna dair mesaj verdi - DEPUTAT ŞƏRH ETDİ

YAP cəmiyyətə islahatçı partiya olduğuna dair mesaj verdi - DEPUTAT ŞƏRH ETDİ

“Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında ölkə rəhbəri, partiya sədri Möhtərəm Prezident cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifələrə və veridyi tapşırıqlara uyğun olaraq, eyni zamanda qurultayın qərarlarından irəli gələrək yeniləşmə və islahatlar istiqamətində ciddi addımlar atılıb. Yeni Azərbaycan Partiyası bu qurultayla cəmiyyətə islahatçı partiya olduğuna dair mesaj verdi. Partiya nəhəngliyinə baxmayaraq, eyni zamanda kifayət qədər çevik, yeni çağırışları nəzərə alan və onlara uyğunlaşmağı bacaran partiyadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.Deputatın sözlərinə görə, partiyada aparılan struktur islahatı onun eyni zamanda həm köklərə və siyasi ənənəsinə bağlılığını möhkəmlətməli, həm də çevikliyini artırmalıdır: “Cəmiyyətdə birmənalı qarşılanmayan bəzi şəxslərin rəhbər strukturlardan kənarlaşdırılması, əvəzində gənc, enerjili və müsbət imicə malik şəxslərin İdrə Heyətinə daxil edilmələri isə həm də YAP-ın simasının dəyişməsi və gəncləşməsi prosesindən xəbər verir. Faktik olaraq, partiyada veteranların təcrübəsi ilə gənclərin düşüncə və enerjisini birləşdirməyin optimal sxemi tapılıb”.R.Məmmədov vurğulayıb ki, rayon təşkilatlarının işinin yeni meyyarlara uyğun formalaşdırılması tələbi həm zamanın, həm də qarşıda duran vəzifələrin daha effektiv şəkildə icra olunması nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir: “Digər önəmli sahə beynəlxalq əməkdaşlıq sahəsidir ki, bu istiqamətdə indiyənədək kifayət qədər həm təcrübə, həm də nəticə əldə olunub. Bir çox beynəlxalq təşkilatlarda təmsil olunan YAP eyni zamanda gələcəkdə ikitərəfli və çoxtərəfli platformalarda fəaliyyətini genişləndirmək və dərinləşdirmək kimi strateji vəzifələri qoyur. Artıq konkret addımlar atılmaqdadır. YAP və AKP (red: Ədalət və İnkişaf Partiyası) arasında əlaqələrin dinamikası buna əyani sübütdur”.

sia.az

Digər xəbərlər