Yaxud, hər şey yalnız istefa dalğaları ilə başa çatmır
AXCP-də Əli Kərimli diktaturasının və avtoritar idarəçilik sisteminin mövcudluğu barədə yenidən nəyi isə xatırlatmağa ehtiyac yoxdur. Bilənlər yaxşı bilirlər ki, partiyanın sədarət kürsüsü illər əvvəl Əli Kərimli və onun “Yurd” qruplaşması tərəfindən işğala məruz qaldıqdan sonra siyasi təşkilatın strukturu və idarəçilik memtodu onu məhvə doğru sürüklənməli idi. Əslində, bu gün həmin anlar yaşanır, sadəcə, özünü müxalifətin “anası” elan edən Əli Kərimli əlində olan internet, sosial şəbəkə resursları vasitəsi ilə partiya daxilində ona qarşı baş verən sərt etirazları hər vəchlə gizlətməyə səy göstərir.
Əli Kərimlinin qaranlıq əməllərini gizlətməsi heç də bu əməllərin unudulması deyil, əksinə, daha çox qabarması, üzə çıxması, ifşa olunmasıdır
Fakt budur ki, bu gün istefa verənlər bu addımları ilə sübut edirlər ki, onlar Əli Kərimlinin yaratdığı diktaturanın altında əzilməkdən imtina edirlər, özü də yüzlərlə belə faktlar var və onların hər biri danılmazdır.Misal üçün, onlardan birini xatırladaq bilərik, partiyanın NTK-nin keçmiş sədri Aydın Əliyevin açıqladığı faktlar illərdir cəbhəçiləri müxtəlif oyunlarına alət edən, ayrılan qrantları və partiya daxilində üzvlərin topladığı pulları şəxsi həyatının zənginləşdirilməsinə sərf edən AXCP sədrinin blogerliyə qədər düşən siyasi həyatının sonunun çatdığını kifayət qədər isbatlamış olur. Məhz Aydın Əliyevin bir müddət əvvəl dediyi fikirləri bu gün də qüvvəsindədir. Yəni Əli Kərimlinin qaranlıq əməllərini gizlətməsi heç də bu əməllərin unudulması deyil, əksinə daha çox qabarması, üzə çıxması, ifşa olunmasıdır. Nə deyib Aydın Əliyev? Xatırlayaq!
Aydın Əlyev: “30 illik siyasi fəaliyyətdən sonra başa düşdüm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb”
O öz videomüraciətində deyib ki, 1988-ci ildən siyasi fəaliyyətdədir və illərdir AXCP-də siyasi baxışları fonunda mübarizə aparır. Lakin 2015-ci ildə AXCP-nin qurultayı zamanı onun Nəzarət Təftiş Komitəsinin sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. SİTAT: “Sonradan bildim ki, mənim kimi obyektiv, dürüst, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimli tərəfindən xoş qarşılanmayıb. Partiya daxilindəki maliyyəni, xaricdən gələn qrantları və digər pulları ancaq öz nəzarətində saxlayan, özünün və ailəsinin, xaricdəki oğlunun ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib. 30 illik siyasi fəaliyyətdən sonra başa düşdüm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib, sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, sərt diktatura qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb”.Beləliklə, adıçəkilən şəxs uzun illərdir AXCP-də baş verənlərin canlı şahidi kimi bəyan edir ki, Əli Kərimli bir siyasi dələduz olmaqla yanaşı, yalnız öz şəxsi mənafe, maraqları və çıxarları üçün təkcə onun şirin vədlərinə aldanan cəbhəçiləri, xüsusilə həyatlarını zəhərlədiyi gəncləri, eləcə də xalqı aldadır, yalan danışır, riyakarlıqlar nümayiş etdirir.
Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər...
Baxaq görək Aydın Əliyev daha nə söyləmişdi: “Bu gün də gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin anti-demokratik, qanunsuz, partiyanın nizamnaməsinə zidd əməllərindən xəbərdarsınız, lakin bunu dil gətirməkdən çəkinirsiniz”.A.Əliyev AXCP sədrinə xitabən deyir: “Əli Kərimli, illər ərzində apardığın çirkin, xəyanətkar oyunlar yetər, partiyada yaratdığın diktaturaya son qoy, əgər cəsarətin və mənliyin çatırsa, istefa ver. Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, bacarıqlı, xalqını sevən rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək. Mən bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə əlaltıları böhtan və şər kampaniyasına başlayacaqlar. Lakin bütün bunlar əhəmiyyət verməyərək, qabaqcadan həmin şəxslərə səslənirəm ki, haqqımda danışarkən, haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.
Ümumiyyətlə, bu məsələlərin təhlilini apararkən bir daha əmin oluruq ki:
1.Əli Kərimli partiya üzvlərinin topladığı pulları və xarici qrantları yalnız öz ailəsinin lüks həyatı üçün xərcləyir;
2.Oğlunun ərəb şeyləri kimi yaşaması, o cümlədən, yaxınlarının qurduqları biznesin maliyyə mənbəyi “siyasi mübarizə” adı ilə aldığı qrantlar və cəbhəçilərin pullarıdır;
3. O, AXCP-də illərdir yaratdığı diktatura ilə cəbhəçiləri qorxu altında saxlayır;
4. Partiyada A.Əliyev kimi düşünənlərin sayı çoxdur, lakin onlar “satqın”, “xəyanətkar” ittihamları ilə üzləşməmək, o cümlədən, troll dəstəsinin çirkin hücumlarına məruz qalmamaq üçün hələ də zülm qarşısında susurlar.
Məhz bu reallıqlardan çıxış edərək bir daha qeyd edə bilərik ki, əslində keçmiş NTK sədrinin dedikləri AXCP-də qiyamın baş verəcəyi faktını sübuta yetirir. Hər halda, son istefalarla hər şey başa çatmır və etiraz səsləri Əli Kərimlinin qapısını döyməkdədir. O, bu qapını açsa da, açmasa da artıq siyasi ölüm fərmanına imzasını atıb.
sia.az