Siyasət

  • 1 737

Arif Hacılı, Qənimət Zahid və Ramin Hacılı Niderland hökumətinin hədəfində! MÜXALİFƏT+İFŞA

image

99 səhifəlik rəsmi sənəddə Müsavat və AXCP rəhbərliyi saxta sənəd və qanunsuz mühacir biznesində ittiham olunurlar

Müxalifətin radikal kəsiminin fəaliyyət göstərdiyi bütün dövrlərdə onların yalnız Azərbaycanın dövlətçilik maraqlarına qarşı deyil, həm də digər əməllərinə qarşı ifşaedici informasiyalar çoxsaylı sübutlarla və faktlarla ictimai rəyin diqqətinə çatdırılıb. Xüsusilə, sözügedən kəsimin məhz saxtakarlıq yolları ilə siyasi mühacir biznesləri ətrafındakı bir sıra dələduzluqları mövcuddur ki, bu haqda da KİV-lərdə yazılıb.Bu arada o da məlum olub ki, özlərini radikal müxalifətin aparıcı qüvvələri hesab edən sözdə “siyasi fəal” Ramin Hacılının, AXCP təmsilçisi Qənimət Zahidin, Müsavat başqanı Arif Hacılının və “Müsavat” – Avropa koordinasiya mərkəzinin adları Niderlandın xarici işlər nazirliyində hazırlanmış 99 səhifəlik rəsmi sənəddə keçir. Daha dəqiq desək, onların saxtakarlıq və dələduzluq əməlləri artıq Niderland hökumətinin diqqətini cəlb edib.
Yuxarıda adları çəkilən şəxslərin Azərbaycan vətəndaşlarına həm ölkə daxilində, həm də xaricdə saxta sənədlər düzəltmələri barədə əməlləri ifşa olunub
Qeyd edək ki, bir müdət əvvəl də ölkə mətbuatında informasiya yayılmışdı ki, Niderlan XİN Azərbaycanla bağlı xüsusi hesabat sənədi hazırlayıb və sənəddə ölkəmizdəki siyasi, iqtisadi və sosial situasiya ilə yanaşı, həm də insan haqları haqqında ümumi informasiyalar yer alıb.Lakin bəhs edilən məsələnin diqqət çəkən tərəflərindən biri də budur ki, hesabatda azərbaycanlı müxalifətçilərin “biznesləri” daha çox qabardılıb. Daha dəqiq desək, yuxarıda adları çəkilən şəxslərin Azərbaycan vətəndaşlarına həm ölkə daxilində, həm də xaricdə saxta sənədlər düzəltmələri barədə əməlləri ifşa olunub. Həmin ifşalar “Şəxsiyyət, vətəndaşlıq və sənədlər” bölməsindinin 2.1.4, 2.1.4.1-ci bölməsində qeyd eidlib. “Saxta sənədlər” başlığı olan bölmənin 2.1.4.2-ci hissəsində isə dələduzluq əməllərinin sübutu yer alıb.
Niderland XİN-nin hesabatında xatırladılır ki, əldə edilən faktlar 2015-ci ildən toplanıb
Beləliklə, sözügedən hesabatda bildirilir ki, bu müxalifətçilər dələduzluqla məşğuldurlar və əsas işlərini miqrantlarla qururlar. Sənədə əsasən, əldə edilən faktlar 2015-ci ildən toplanıb. Niderland XİN-nin hesabatında xatırladılır ki, “Müsavat” Avropa gənclər hərəkatının lideri Ramin Hacılı bu məsələlərdə fəallığı ilə seçilib. Belə ki, onun qurduğu turizm agentliyi üzərindən Azərbaycanı 100 insan turist qismində tərk edib. Lakin əslində Ramin Hacılı sonradan həmin şəxslərin xarici ölkədə qalmalarına digər saxtakarlıq üsulları ilə köməkliklər göstərib. Hesabatın 2.1.4.2-ci hissəsində “Sığınacaqla təmin etməklə bağlı dələduzluq” başlığı da mövcuddur. Bu bənddə yer alan informasiyada Azərbaycan KİV-lərinin və rəsmi dövlət orqanlarının saxta mühacir biznesi haqqında yazdıqları informasiyalar yer alır. Sənəddə bildirilir ki, 2015-ci ildən başlayaraq müxalifətçi Müsvat partiyasının üzvləri tərəfindən qanunsuz üzvlük vəsiqələri və tövsiyə və ya təqdimat məktubları hazırlanıb. Bu saxta sənədlərin hər bir imzalanıb.
Müsavatla yanaşı, AXCP-nin də adı hallanır
Bundan başqa, xarici ölkələrdə sığınacaq almaq istəyənlərə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da saxta sənədlər verib.Lakin Müsavatla bağlı faktlar daha çoxdur. Belə ki, Niderland XİN-nin sənədində Müsavat partiyasının başqanı Arif Hacılının beş il ərzində 197 şəxsə saxta təqdimat məktubu verdiyi məlum olub.Digər faktlar isə binlardır: 13 noyabr 2019-cu ildə alman polisi Kölndə, Frankfurtda və Düsseldorfda mövcud olan 13 evdə və ofisdə yoxalamalar aparıb və həmin yerlərdən partiya biletləri, təqdimat məktubları və möhür aşkarlanıb. Vurğulanır ki, bununla bağlı “Müsavat” Avropa koordinasiya mərkəzinin adı da keçir.Sənəddə o da vurğulanır ki, Fransada yaşayan AXCP üzvü Qənimət Zahidin adı saxta sənədlərin hazırlanmasında və qanunsuz miqrant biznesində hallanır.Həmin sənədin orijinalı ilə aşağıdakı linkdən tanı ola bilərsiniz.https://www.rijksoverheid.nl/binaries/rijksoverheid/documenten/ambtsberichten/2021/09/14/algemeen-ambtsbericht-azerbeidzjan-van-september-2021/Algemeen+ambtsbericht+Azerbeidzjan+2021-09.pdf

sia.az

Digər xəbərlər