Siyasət

  • 2 309

Linn Treysi ABŞ-dakı separatçıların halına yansın! SİYASİ RAKURS

image

Yaxud, ABŞ-ın Ermənistandakı səfiri nəyə görə Texasa, Lakotaya, Kaliforniyaya statusların verilməsi və ya müstəqil ölkələrə çevrilmələri barədə fikirlər bildirmir?

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibənin uğurlarını kölgə altına salması cəhdi, eləcə də Qarabağın işğaldan azad olunması faktı üzərinə spekulyasiyalara yol verməsi, o cümlədən, erməni separatçı-quldur “quruluşuna” hansısa “statusun” verilməsi ətrafındakı var-gəlləri, əslində, növbəti faktları ortaya çıxarmış olur. Bu faktların isə bilavasitə amerikalı səfirə aidiyyatı var desək, heç də yanılmarıq. Və əgər Linn Treysi, həqiqətən də, separatçıların kirli məqsədlərinin reallaşması yönündə canfəşanlıq göstərirsə, onların “statuslarının müəyyən olunması” istiqamətində, sözün əsl mənasında, zəhlə tökürsə - demək ki, ona bir sıra sualları da ünvanlamağın zamanı və yeridir.Daha doğrusu, Linn Treysi insan hüquq və azadlıqları barədə bir qədər “həssas” və “incə” qəlbə sahibdirsə, öz ölkəsində cərəyan edən proseslərlə maraqlansa, daha yaxşı olardı. Misal üçün, ABŞ-ın bir sıra ştatlarının Vaşinqtondan müstəqillik tələb etmələri tələblərinin nəyə görə yerinə yetirilməməsi, ən azından ayrılmaq istəyən ştatlara üstün statusların verilməməsi kimi suallar açıq qalmaqdadır.
Sözügedən prosesdə lokomotiv rolunu Texas ştatı oynayır
Elə isə keçək mətləbə. Linn Treysi Ermənistanda oturub Qarabağ ermənilərinin “statusları” ətrafında baş sındırmaqdansa, ölkəsinin Texas ştatından ayrılması tələbləri üzərində düşünsə daha yaxşı olmazdımı? Özü də qanuni qaydada!ABŞ-dan ayrılmaq istəyən ştat sakinlərinin sözlərinə görə, onlar Müstəqillik bəyannaməsinin şərtlərinə uyğun hərəkət edirlər. Belə ki, bəyannamədə bildirilir: “Ölkədə elə vəziyyət yarana bilər ki, xalqlardan biri təhlükəsizlik və xoşbəxtliyi naminə digər xalqla siyasi zəncirləri qırmasına icazə verilir”.Sözügedən prosesdə lokomotiv rolunu Texas ştatı oynayır. Hələ bir neçə il əvvəl ştatın 70 min vətəndaşı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya səs verib. Növbəti sıralarda isə Luiziana, Florida, Alabama, Missisipi, Nyu-Jersi, Kentukki ştatları gəlir. Petisiyaya ümumilikdə 29 ştat qoşulmuşdu! Hələ onda ştat rəhbərləri məsələ ilə bağlı o zamankı prezident Barak Obamaya müraciət edərək, "Xahiş olunur ki, ştatlara ABŞ tərkibindən çıxmaq hüququ, ya da referendumun keçirilməsinə icazə verilsin” müraciəti edilmişdi.Linn Treysi bu faktların fərqinə varırmı??? Niyə onların müstəqil olmaları üçün səs-küy qaldırmır, nəyə görə bu ştatlardakı xalqların statuslarını, hüquqlarını tanımaq üçün əl-ayağa düşmür??? Sərf eləmir???Yeri gəlmişkən, sözügedən müraciətdə, həmçinin, qeyd olunmuşdu ki, 29 ştat ölkədə insanların şəxsi həyatına hakimiyyətin qeyri-adekvat addım atmasına, iqtisadi islahatların keçirilmədiyinə və ABŞ vətəndaşının hüquqlarının pozulduğuna görə ABŞ-dan ayrılmaq istəyir.
Lakora Respublikası Vaşinqtondan ayrılmaq qərarında qalır!
Ancaq bu da son deyil... İndi də keçid edirik Lakota Respublikası adlandırılan və əsasən, ABŞ-ın köklü xalqı olan hinduların problemlərinə. Bu quruluş ABŞ-ın Şimali Dakota, Cənubi Dakota, Nebraska, Vayominq və Montana ştatlarında cəmləşən hinduların, hələlik, virtual olaraq elan etdikləri respublikadır. Lakota, əsasən, özünün antiamerika istiqamətindəki məşhurluğu ilə tanınır.Lakota Respublikası 2007-ci ilin 17 dekabrında hindu fəalı Rassel Mins tərəfindən elan olunub və azadlıq hərəkatı kimi başladıb. Elan olunduğu zaman Lakota xalqı ilə ABŞ-ın federal hökuməti arasındakı razılaşmanın pozulduğu bəyan edilib. Üstəlik, 2007-ci ilin 17-19 dekabr tarixlərində Lakotanın Azalıq Nümayəndə heyəti ABŞ-dakı Çili, Boliviya, Venesuela və Cənubi Afrika səfirliklərinə müraciət edərək, müstəqilliyinin tanınmasını xahiş edib. Üstəlik, özünü Lakota Respublikasının vətəndaşı hesab edən şəxslərin ABŞ vətəndaşlığından, bütün vergilərdən azad olunduqları bildirilib.Qeyd edək ki, bu ərazi ABŞ-ın ən aşağı yaşayış səviyyəsi olan hissəsidir. O cümlədən, Lakotada uşaq ölümlərinin sayı çox yüksəkdir – orta amerikalıların ölüm həddini 5 dəfə üstələyir, özü də anadan olan hər dördüncü uşaq həyatını itirir. İşsizlik və ağır həyat şəraiti nəticəsində faiz etibarı ilə yeniyetmələrin intihar halları çoxalıb, kütləvi alkoqolizm və narkotiklərdən istifadə müşahidə edilir. Pis həyat şəraitinə görə yoluxucu xəstəliklərin də sayı durmadan artır. ABŞ dövləti lakotalılara demək olar ki, əhəmiyyət vermir və bütün bunlar onların hüquqlarını pozur. Görünür, bu səbəblərə görə onlar ABŞ-dan ayrılmaq və müstəqil dövlət qurmaq fikrinə düşüblər.ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bunları bilmirmi? Əlbəttə ki, bilir və çox gözəl bilir! Onda nəyə görə lakotalıların hüquqları barədə düşünərək, onlara statusların verilməsi barədə səsini qaldırmır?
... Və Kaliforniya!
Növbə gəlib-çatır Kaliforniyaya. Bəli, məhz erməni lobbisinin xüsusi olaraq yerləşdiyi ABŞ-ın Kaliforniya ştatına!Beləliklə, Kaliforniya müstəqillik hərəkatı, Kaliforniya əyalətinin Amerika Birləşmiş Ştatlarından ayrılması üçün bir hərəkatdır. Kaliforniya, ABŞ -ın ən çox əhalisi olan və eyni zamanda üçüncü ən böyük əyalətidir. Bu baxımdan, əyalətin bütün tarixi ərzində, onun ərazi bölgüsü və yeni dövlətlərin yaradılması üçün 220 -dən çox təklif irəli sürülüb. Eyni zamanda, dövlətin ABŞ-dan ayrılmasına dair 200 -dən çox tələb səsləndirilib. Bu gün Kaliforniyanın müstəqilliyi və ya bir hissəsinin ayrı bir müstəqil bölgəyə (məsələn, Kaskadiya) daxil olması üçün ayrı siyasi hərəkatlar da mövcuddur. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, görəsən, bu məlumatlardan xəbərdardırmı? Əlbəttə ki, xəbərdardır! Elə isə düşsün Ağ Evin üstünə və Kaliforniyanın müstəqil olması, ya da ona ayrıca statusun verilməsi üçün bəyanatlar səsləndirsin! Məgər demokratiya deyilmi? Buyursun, istifadə etsin beşiyində yatdığı demokratiyasından! Çünki 2016-2017-ci illərdə Kaliforniya sakinlərinin üçdə bir hissəsinə qədəri ABŞ-dan ayrılma ideyasına müsbət münasibət bildirdilər. Hal -hazırda Kaskadiya ərazisinin müstəqilliyi üçün əsas hərəkat Vankuver, Viktoriya, Sietl, Portland və digər şəhərlərdə üzvləri olan “Cascadian Independence Project”də birləşir.Linn Treysi "Bəli, Kaliforniya" təqdimatını da unutmamalıdır. Bu şüar 2016 -cı ilin noyabr ayında sosial mediada trend olan #Calexit hashtaqı ilə geniş populyarlıq qazandı. Məhz həmin vaxt bildirilirdi ki, Kaliforniya müstəqillik qazandığı təqdirdə, dünyanın 6-cı iqtisadi gücü ola biləcək.Bu gün ABŞ-da Kaliforniya Milli Partiyası da fəaliyyət göstərir və 2014 -cü ildə təsis olunub. 2018 -ci ildən bəri partiyadan olan namizədlər həm yerli, həm də əyalət seçkilərində iştirak ediblər. Kaliforniya Milli Partiyası dövlətin (Kaliforniyanın) müstəqilliyini dinc yollarla, fəaliyyətinin isə uzunmüddətli hədəfi olaraq görür.Nədənsə Linn Treysi hələ də yuxusundan ayılmadığını nümayiş etdirməklə öz ölkəsi daxilindəki bu kimi separatçı meyillər barədə düşünmür və Azərbaycanın beynəllxalq hüquqda tanınan sərhədlərinə qarşı dil uzadır. Amma yaxşı olardı ki, o diluzatmalarını yığşdırıb öz ölkəsinin daxili problemləri, ən yaxşı halda isə Ermənistandakı problemlər barədə düşünsün və Azərbaycanın Qarabağına tərəf, ümumiyyətlə, baxmasın!

sia.az

Digər xəbərlər