Siyasət

  • 1 552

"Təlimlər Türkiyəni və Azərbaycanı istəməyən qüvvələrə güclü bir mesajdır" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

image

"Azərbaycan pilotlarının qardaş Türkiyə hərbi pilotları ilə aviasiya təlimlərinə başlaması dostluğumuzun, qardaşlığımızın və bütün mövqelərdə bərabər olmağımızın göstəricisidir. Şübhəsiz, 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin bizə olan dəstəyi bir qardaş dəstəyi idi. Bu dəstək də hərtərəfli oldu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.Onun sözlərinə görə, eyni zamanda bizim hərbiçilərimizin böyük bir hissəsinin Türkiyədə NATO sistemi səviyyəsində hazırlıqlar keçməsi, Türkiyənin bizə pilotsuz uçuş aparatları və digər hərbi texnika baxımından köməklik göstərməsi bütün dünyaya məlumdur. Bütün bunlar bizim qələbəmizdə mühüm rol oynamışdır. Bu hərbi təlimlərin Azərbyacanla birgə keçirilməsi Türkiyəni və Azərbaycanı istəməyən qüvvələrə güclü bir mesajdır.Musa Quliyev bu haqda fikirlərini belə izah edib: "Yəni, biz istənilən halda bir yerdəyik və həmişə bir yerdə olacağıq. Bu təlimlərin məqsədi heç də başqa dövlətlərə qarşı aqresiya deyil. İşğalçılıq niyyəti də güdmür. Bu təlimlər ancaq müdafiə məqsədi güdür. Həm də Azərbaycan və Türkiyənin hərbi gücünün bir nümayişidir. Eyni zamanda biz hər iki dövlət səviyyəsində bunun da şahidi olmuşuq ki, regionda sülhün, əməkdaşlığın, inkişafın və birgəyaşayışın carçısı kimi çıxış edirik. Belə bir mövqedə olmağımız ola bilsin ki, bəzi dövlətləri qıcıqlandırır. Hansı ki, onlar regionda davamlı sülhün olmağını istəmirlər. Daima suları bulandırıb bulanıq sudan balıq tutmaq niyyətindədilər. Amma daha dövr, zaman dəyişib. Zaman inteqrasiya tələb edir, zaman əməkdaşlıq tələb edir. Heç şübhəsiz, regionun iki güclü dövləti olan Türkiyə və Azərbaycanın birliyi də hər iki ölkənin gücünə güc qatır. Hərbi təlimlərimizin də birgə keçirilməsi Azərbaycanı və Türkiyəni istəməyən dövlətlərə həm də bir mesajdır. Yəni, biz həmişə bir yerdəyik və bizə qarşı sizin bəd planlarınızın heç bir xeyri olmayacaq".

sia.az

Digər xəbərlər