Siyasət

  • 1 363

Ərdoğan BMT tribunasından Azərbaycanı müdafiə etdi

image

“Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atılıb”.SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasından dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirib.Ərdoğan deyib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub: “Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.

sia.az

Digər xəbərlər