Siyasət

  • 1 450

“ABŞ-ın tələblər irəli sürməyə mənəvi haqqı yoxdur” POLİTOLOQDAN SƏRT TƏPKİ

image

“Müşahidələr onu göstərir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibənin nəticələrini həzm edə bilmir. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin ardıcıl neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini bildirməsi bu reallıqdan xəbər verir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.Politoloqun sözlərinə görə, Amerika səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır.“Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalaması ilə başa çatıb. Bu bəyanat Ermənistanın kapitulyasiya aktını qəbul etməsi kimi səciyyələndirilməlidir. Başqa sözlə, Azərbaycan Qələbə qazanıb və bu gün Dağlıq Qarabağ adlı nə ərazi subyekti, nə münaqişə və nə də digər bu kimi məsələlər gündəmdə deyil. Hazırkı dövrdə gündəlikdə sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək məsələləri durur.O ki qaldı, Amerikanın bu məsələdəki roluna, ABŞ münaqişənin mövcud olduğu 30 il ərzində nə güc mərkəzi, nə də ATƏT MQ həmsədrlərindən biri kimi onun ədalətli həlli sitiqamətində bir dəfə də olsun əməli addım atmayıb. Vaşinqtonun bütün cəhdləri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına yönəlmişdi. 30 illik passiv müşahidəçi olan ABŞ-ın bu gün belə mövqe nümayiş etdirməyə, tələblər irəli sürməyə mənəvi haqqı yoxdur.Digər tərəfdən, ABŞ Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susub, göz yumub, Ermənistanın törətdiyi bütün biabırçılıqlar və özbaşınalıqlarını görməzliyə vurub.Bu gün Amerika səfirinin belə bəyanatlar vetrməsi onu göstərir ki, Vaşinqton erməni lobbisinin maraqlarını Cənubi Qafqaz regionuna daşımağa cəhd göstərir. ABŞ bu mövqeyini davam etdirəcəyi təqdirdə, Azərbaycan hər hansı səviyyədə ATƏT MQ formatında keçirilən görüşlərdə imtina etməlidir”, deyə politoloq Ceyhun Əhmədli bildirib.

sia.az

Digər xəbərlər