Siyasət

  • 1 496

"Qoy, düşmənlərimiz papaqlarını qabağına qoyub düşünsün" - DEPUTAT ŞƏRH ETDİ

image

“Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi həm hərbi, həm də siyasi baxımdan çox önəmli bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.Bunun hərbi əhəmiyyəti haqqında hərbiçilər daha yaxşı bilər. Mən daha çox məsələnin siyasi əhəmiyyətindən danışmaq istərdim deyə Rasim Musabəyov deyib. Deputat bu haqda fikirlərini belə izah edib: "Əgər “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin siyasi əhəmiyyətindən danışsaq, deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyinin, qardaşlığının əməli göstəricisidir. Yəni bütün bunlar sözdə qalmayır. Bununla dostlarımız və bizə müttəfiq ölkələr sevinir. Bizim şadlığımıza şərik olur. “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi bununla yanaşı düşmənlərimizi ciddi narahat edir. Bu təlim düşmənlərimizə görk olmalıdır. Qoy, düşmənlərimiz papaqlarını qabağına qoyub düşünsün.

sia.az

Digər xəbərlər