Siyasət

  • 1 877

Müxalifətdə “yarpaq tökümü” başladı AÇIQLAMA

image

"Radikal müxalifətin son açıqlamalarının məqsədi Qərbin diqqətini çəkməkdir. AXCP sədri Əli Kərimli gənclərə müraciət edərək, partiyadan getmək istəyənlərə istefa vermələrini təklif edib. Deyib ki, “mən sizi irəli apara bilməyəcəyəm”. Bu açıqlamadan əvvəl və sonra isə AXCP və Müsavatdan istefa verənlərin sayı artıb. "Radikal düşərgədə" nə baş verir?Media eksperti Müşfiq Ələsgərli SİA-ya açıqlamasında bildirib ki, həm Əli Kərimlinin açıqlaması, həm də radikal düşərgədən istefa verib gedənlərin məqsədi Qərb dairələrinin diqqətini çəkməyə yönəlib: "Son vaxtlar qərb dairələrinin Azərbaycana qarşı təzyiqləri yenidən artıb. Onlar 2-ci Qarabağ savaşında Azərbaycanın qazandığı tarixi qələbəni həzm edə bilmirlər. Həmçinin, Azərbaycan, Türkiyə, Pakistan ittifaqına qarşı aqressivdirlər. Bütün bunlara görə, Azərbaycandan qisas almaq istəyirlər. Qələbənin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Amma Qərb dairələri bu dəfə öz çirkin kampaniyalarını aparmaq üçün təkcə radikal müxalifətdən istifadə etmirlər, fərqli qüvvələrdən də faydalanırlar. Çünki ənənəvi müxalifət qərəzli mərkəzlərdən gələn sifarişləri yerinə yetirə bilmir, gücsüzdür, cəmiyyət arasında bağları yoxdur. Müxalifət tərkibində olan gənclər bunu görürlər, ənənəvi partiyaları tərk edib gedirlər, yeni təşkilatlar formalaşdırırlar. Onlar Qərbə mesaj verirlər ki, yeni proqramda nəzərə alınsınlar. AXCP və Müsavatda diqqət çəkən hərəkətlilik, Əli Kərimlinin açıqlamaları da bununla bağlıdır. Özlərini yada salırlar. Qərbə göstərmək istəyirlər ki, imkansızlıqdan gəncləri ətraflarında saxlaya bilmirlər, yeniləşə bilmirlər. İndi aktivləşmək üçün Qərbdən imdad diləyirlər, dəstək gözləyirlər”.Yeri gəlmişkən deyək ki, Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan müxalifət partiyalarının, media və QHT-lərin Azərbaycan hökumətinə qarşı təşkilatlanmış hücumları əvvəlki illərdə də müşahidə olunub. Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə (Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihələr, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər) bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. Qərb dairələri bununla beynəlxalq ictimaiyyətin diqqətini keçirilən tədbirlərdən yayındırmaq, əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmaq məqsədi güdüblər. Amma heç vaxt məqsədlərinə nail olmayıblar. Çünki Azərbaycan cəmiyyəti Qərbin sifarişi ilə hərəkət edənlərin deyil, öz dövlətinin, öz hakimiyyətinin yanındadır.

sia.az

Digər xəbərlər